Uraankay, Uraangkay və ya Uranhay (tuvaca: Урааңгай saxaca: урааҥхай evenkcə: ураӈкай) – Çin və Monqolustanın şimalındakı meşələrdə yaşayan, əsasən türk soyundan gələn millətlərə deyilən tarixi adlandırma. Evenk dilində urankay deyilən söz "kişi" deyə tərcümə edilir. Saxa dilində uraanhay deyilən söz də eyni formada tərcümə edilir.
Region xalqlarının dastanlarında bu sözün işlənmə nümunələri vardır.
XII əsrdə yaşamış olan Fəxrəddin Mübarəkşah "Tarix" adlı əsərində Sibir və Orta Asiyada türk kökündən gələn cəmiyyətləri sıralarkən Uran (Urağan) adı da keçir.[1]
Bu geniş regionda yaşayana türk soylu xalqların əksəriyyətinin dilində Uraankay sözünə bənzər və çox zaman da oxşar mənalar verən sözlər vardır. Lakin bəziləri bu sözün xarici dillərdən türk dillərinə keçdiyini iddia edir. Bu tipli xarici dillərə misal olaraq, Evenk dilini, Buryat dilini və Monqol dilini göstərmək olar.
Saxaların dastanlarında "Saha uraanhay" deyilən sözlər var. Uranhayın mənası şəxsi, kişini ifadə etməkdə və "Saha uraanhay" deyildiyində "Saha kişi, Saha insanı" mənasına gəlir. Uraanhay Saha deyilən söz ilə Vilyuy çayının Sahaları da özlərini ifadə edirlər.
Baykal gölünün şimal sahillərində yaşamaqda olan türk soylu millət Tumaada ilə Erkeeni ovaları və düzlərinə qədər XIV əsrdən köçməyə başlamışdır. Bunların Saxa türklərinin ataları olması düşünülməkdədir.
Qədim monqol yazılarında "Uranhay" deyilən sözü latın hərfləri olaraq "uriyanqqay" şəklində tərcümə etmək olar. 1954-cü ildə Luvsandendevin hazırladığı monqolca-rusca lüğət nəşr edilmişdir.[2] Bu lüğətdə bu formada mənalar verilməkdədir:
Urianhay – 1. Tıva kişi ("Uranhaylar" – qədim zamanda tuvalıları adlandırmaq üçün istifadə eidlməkdə idi), 2. Tuva kişinin, Tuva millətinin özü.
Buryatlarda "Tsonqool" adlı topluluqda "uraanhaad" deyilən sülalə var. Oka çayı həndəvərində yaşayan buryatlar ətrafdakı tuvalıları və tofaları uraanhad və uyqar helten (Uyğur dilli) deyə adlandırmışdırlar.[3]