Utnapiştim

Utnapiştim, Babildəki Gilqameş dastanına görə, Şumer şəhər-dövləti Şuruppak padşahı olmuşdur. Rəvayətə görə, adı dastana daxil olmayan həyat yoldaşı ilə birlikdə, tanrı Enlil tərəfindən göndərilən və bütün canlıları məhv etməyi hədəfləyən böyük daşqından xilas olmuşdur. Utnapiştimin hekayəsindən, Gilqameş dastanının XI lövhəsində bəhs olunur.

Utnapiştim və həyat yoldaşı daşqından yaxa qurtarmağı və dünyadakı heyvanların və bitkilərin həyatını da Utnapiştimin düzəltdiyi gəmi ilə xilas etməyə müvəffəq olduqdan sonra, tanrı Enlil tərəfindən onlara ilahlıq verilir. Gilqameş Utnapiştimdən ölməzliyin sirrini soruşur. Utnapiştim Gilqameşi bir bitki tapmaq üçün göndərir. Bu bitki ilə cavanlaşmağa ümid edir. Gilqameş bitkini tapsa da, bir ilan bitkini onun əlindən alır və nəticədə Gilqameş vətəninə əliboş qayıdır.

Utnapiştim, Ziusudra və Nuh

[redaktə | mənbəni redaktə et]

Utnapiştimin Şumerlərdəki qarşılığı Ziusudra, İbrahim (İudaizm, Xristianlıq, İslam) dinlərindəki ortağı isə Nuhdur.

Mesopotamia əfsanələri ilə Müqəddəs Kitabda xatırlanan Böyük Tufan arasında böyük oxşarlıqlar olsa da, Müqəddəs Kitabdakı hekayə ibrani baxımdan yazılmışdır. Babil əfsanəsinq görə fəlakətin səbəbi tanrılar arasındakı fikir ayrılığıdır; Tövratın Çıxış Kitabında isə bu, bəşəriyyətin mənəvi çöküşüdür. Mesopotamiyanın ibtidai politeist dinlərindən ilham alan hekayə, Tövratda hər şeyə qadir, lakin yaxşılıq tərəfdarı olan bir tanrının varlığının sübutuna çevrilir. Qurtuluşdan sonra Ziusudra, Utnapiştim və arvadına tanrılıq verilərkən, Nuh və arvadına bəşər tarixini yenidən yazmaq tapşırığı verilmişdir.