Uusimaa | |||||
---|---|---|---|---|---|
Uusimaa Nyland | |||||
|
|||||
60°15′ şm. e. 24°30′ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1 sentyabr 1997 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Digər | |||||
uudenmaanliitto.fi uudenmaanliitto.fi/sv |
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Uusimaa (fin Uusimaa; isv. Nyland) — Finlandiya vilayəti. Bu vilayət Cənub-qərbi Finlandiya, Kanta-Hyame, Pyayat-Hyame və Kyumenlaakso vilayətləri ilə sərhəddir. Mərkəzi Helsinki şəhəridir.
Uusimaa əhali sayına görə (1,638,469 nəfər) digər vilayətlər arasında birinci yeri tutur.
Uusimaa adının etimologiyasının saam dilindəki qu quşu mənasını verən njukča sözü ilə əlaqəli olduğu düşünür.[4] Tarixən bu ərazidə finlər və tavastiyanlar məskunlaşmışdılar. Bəzi yer adlarında tavastiyan kənd adlarının izlərini görmək mümkündür: Konalanın qədim tavastiyan kəndi olan Konhoaladan törəməsi kimi.[5] Estonlar əraziyə daha kiçik qruplar halında, əsasən, balıqçılıqla məşğul olmaq üçün köçmüşdülər.[6]
Uusimaanın İsveç tərəfindən müstəmləkəyə çevrilməsi 13-cü əsrdə Finlandiyaya ikinci səlib yürüyüşünün edilməsindən sonra başlamışdır.[7][8] Müstəmləkəçilik paqan ərazilərin katolikliyə çevrilməsinin bir hissəsi idi. İlk xristian isveç müstəmləkəçiləri Uusimaanın şərqinə, qərbindən daha tez addım atmışdılar. Müstəmləkəçilik İsveç krallığı tərəfindən dəstəklənirdi və bu əraziyə köçürülünlərə sünbül toxumu və mal-qara yardımı edilirdi. Onlar, həmçinin, kral tərəfindən dörd il müddətinə vergilərdən azad edilmişdilər.[6] Uusimaadakı bütün isveç dilindəki yer adlarının tarixi bu dövrə təsadüf edir.[9]
"Yeni torpaq" mənasını verən Uusimaa və Nyuland adları İsveç müstəmləkəçilik dövründə yaranmışdı. İsveç dilindəki Nyuland adı sənədlərdə 14-cü əsrdən başlayaraq çəkilir. Fin dilindəki Uusimaa adı ilk dəfə 1548-ci ildə Əhdi-Cədidin Mikael Aqrikola tərəfindən fin dilinə edilən tərcüməsində "Wsimaa" olaraq çəkilir.[10]
1809-cu ildə Rus-İsveç müharibəsində Finlandiya əyalətləri Rusiya İmperiyasına verildi. Bundan sonra Uusimaa köhnə len sistemində Uusimaa əyalətinə çevrildi. 1997–2010-cu illər arasında Uusimaa Cənubi Finlandiya vilayətinin bir hissəsi idi. 1994-cü ildə o Uusimaa və Şərqi Uusimaa vilayətlərinə bölündü, ancaq 2011-ci ildə iki region Uusimaa adı ilə birləşdirildi.
28 mart 2020-ci ildə Uusimaa bölgədəki rekord koronavirus yoluxma rəqəmlərinə görə Finlandiyanın geri qalanından təcrid edildi.
Vilayət 4 rayon və 26 kommunadan ibarətdir. Qalın şriftlə göstərilmiş 13 kommunanın şəhər statusu var.[11]
Helsinki rayonu:
|
Razeborq rayonu:
Loviisa rayonu:
Porvoo rayonu:
|