Uzon vulkanı

Uzon
rus. Узон
Ümumi məlumatlar
Vulkan forması Kalder
Kraterin diametri 12 000 m
Əmələgəlmə dövrü Pleystosen epoxası
Son püskürmə 200 ± 300
Mütləq hündürlüyü 1617 m
Yerləşməsi
54°30′00″ şm. e. 159°55′00″ ş. u.HGYO
Ölkə  Rusiya

  • VOGRIPA1612
  • GVP300170
  • GeoNames2119978
Uzon xəritədə
Uzon
Uzon
Uzon xəritədə
Uzon
Uzon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

UzonRusiyanın Kamçatka yarımadasında parçalanmış və sönmüş vulkan. Uzon vulkanı Kronos yarımadasında, Kronos qoruğunun ərazisindəki Kronos gölünün cənubunda yerləşir. Bu ərazi müasir vulkanizm, termal bulaqların, qeyzerlərin, mineral, filiz və cavan neft yataqlarının olması ilə fərqlənir[1].

Xarakteriskası

[redaktə | mənbəni redaktə et]

Uzon vulkanının ilkin forması konus formalı, hündürlüyü isə 3000 metr olmuşdur. Güclü püskürmədən sonra müasir parçalanmış kalder formalaşmışdır[2]. Uzon vulkanının kalderi Kamçatkanın böyük kalderlərindən biri hesab olunur. Kalderin təxmini ölçüləri 12x9 km-dir. Ümumi sahəsi 100 km²-dir. Kalderin dibi nisbətən düzdür və dəniz səviyyəsindən 700 metr yüksəklikdədir. Cənub, qərb və şimal yamacları dik olub hündürlük 200-800 metr arasında dəyişir. Vulkanın ən yüksək nöqtəsi Baraniy pikidir[3]. Müxtəlif mənbələrdə hündürlük fərqli göstərilir — 1617 m[2] və 1591 m[3]. Bir çox xəritələrdə kalderdən şimal-qərbdə Uzon sopkası göstərilir.[4]

Uzon kalderi təxminən 40 min il əvvəl meydana gəlmişdir. Kalderin şərq hissəsində hidrotermal partlayış nəticəsində meydana gəlmiş böyük bir qıf yerləşir. Qıfın diametri 1,6 km olub mərkəzində Dalni gölü var. Kalderin qərb hissəsi bataqlaşmış əraziyə çevrilmişdir. Bir çox kiçik göl var.

1854-cü ildə geoloq Karl Ditmar Uzon meneral sular mənbələrini aşkar etmişdir. Tərkibinə görə sular karbonatlı və kükürdlüdür. Bəzi mənbələrdə radona rast gəlinir[5][6]. Termal və zəhərli mənbələrdə müxtəlif yosunlarabakteryalara rast gəlinir.[2]

Uzon kalderi Kronos qoruğunun önəmli təbiət abidəsi hesab olunur və Rusiyanın xüsusi qorunan təbiət abidələri siyahısına daxil edilib.[7]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • John Seach. "Uzon Volcano". Volcano Live (ingilis). İstifadə tarixi: 2022-02-25.
  • В. А. Семёнов. "Вулкан Узон (сопка Узон, Бараний Пик, Uzon-Geysernaja caldera, Goryashi Dol)". «Камчатский край» (rus). 2008. İstifadə tarixi: 2022-02-25.
  • Пейзажи и обитатели кальдеры вулкана Узон в LiveInternet.ru.
  • "Открой Камчатку / Уникальные природные объекты / Кальдера вулкана Узон". Сайт Кроноцкий заповедник (rus). İstifadə tarixi: 2022-02-25.
  1. Кальдера вулкана Узон— Чудеса России Arxivləşdirilib 2010-04-02 at the Wayback Machine
  2. 1 2 3 "Узон - Вулканы мира". www.wulkano.ru. 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  3. 1 2 Вулкан Узон Arxivləşdirilib 2012-07-24 at the Wayback Machine — Краеведческий сайт о Камчатке.
  4. "DimaBot". dimastbkbot.toolforge.org. İstifadə tarixi: 2024-04-07.
  5. Ф. А. Лодис, В. И. Семенов. Краткая история освоения источников Камчатки // Камчатка — край лечебный. Петропавловск-Камчатский: Дальневосточное книжное издательство, Камчатское отделение. 1993. ISBN 5-7440-0389-4.
  6. Поездки и пребывание в Камчатке в 1851-1855 гг.. Ч. 1. Исторический отчет по путевым дневникам.
  7. "Кроноцкий | ООПТ России". oopt.aari.ru. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.