Uzunmeşə

Uzunmeşə
41°21′35″ şm. e. 48°21′55″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 928 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Uzunmeşə xəritədə
Uzunmeşə
Uzunmeşə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Uzunmeşə yolu

UzunmeşəAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir[1].

Uzunmeşə XVIII əsrin axırlarına təsadüf edən kəndlərdən biridir. Uzunmeşənin tarixi abidələri siyahısına Uzunmeşə məscidini (XIX əsr) əlavə etmək olardı ki, 2006-cı ildə həmin abidə dağıdılıb və yerində yenisi ilə əvəz olunub.

Kəndlilər təqribən 1918–1919 cu illərdə Amazasp adlı erməninin hücumlarına qarşı da mərdanə vuruşmuşlar. Həmçinin kənddə tarixi dəyirman, iki tarixi qəbiristanlıq və tarixi məlum olmayan yer adları mövcuddur.

Uzunmeşə kəndi Quba rayonunun ən kiçik kəndlərindən biridir. Cəmisi 64 ev mövcuddur.

Əcnəbi iş adamlarının və turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Meşə dağ iqlimi bu kəndə də aiddir. Şah dağın ətək kəndlərindən sayılır. Burada qızılağac, palıd, ağcaqayın, qarağac və çox növ ağaclar və bitkilər yetişir. Heyvanlar aləminə gəlincə tülkü, canavar, ayı, dovşan, porsux, çaqqal, vaşaq, ceyran və müxtəlif növ quşlar mövcuddur. Bura həmçinin durnanı da əlavə etmək olar. Kənddə çoxlu məşhur bulaqlar da mövcuddur: Bədirxan, Dərəmərc, Balta bulaq, Qırx bulaq, Qulla, Aycamal bulağı və s.

Kənddə Həcəfəndə baba kimi tanınan ziyarətgah da mövcuddur. Ziyarətgahın soyuq və təmiz suyu kənd əhalisi tərəfindən müalicəvi olduğu kimi bilinir. Long-Forest (Uzunmeşə) istırahət guşəsi Azərbaycana gələn bütün xarici turistlər arasında məşhurdur. Uzunmeşə kəndində Bələdiyyə evi, kənd klubu, stadion və 4 illik ibtidai məktəb mövcuddur. Uşaqlar təhsili davam etdirmək üçün qonşu kəndə getmək məcburiyyətində qalırlar.

Kənd Quruçayın sahilində, meşəliklə əhatə olunmuş dərədə yerləşir. Yerli məlumata görə, yaşayış məntəqəsi Uzunmeşə adlı yerdə salındığına görə belə adlandırılmışdır. Meşəyə isə bu ad onun formasına görə verilmişdir.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Uzunmeşə kəndinin Alpan, Kürkün, Gəray, ÜçgünXuray (Qusar) kəndləri ilə torpaq sərhədi mövcuddur. Kənd meşələrlə əhatə olunmuşdur ki, adı da buradan götürülmüşdür. Şahdağın ətəklərində Quruçayın sol sahilində yerləşib. Qışda −20, −25, yayda +35 temperatur mövcuddur.

Uzunmeşəlilərin əksəriyyəti Azərbaycanın böyük şəhərlərindən olan Bakı, SumqayıtQubada yaşayırlar. Sünni etiqadlı müsəlmanlardır. Əsas da Hənəfi məzhəbli dindarlar. Kəndin əsili Dağıstanın Axtı rayonunun Uxul kəndindən gəlmə sayılırlar. Uzunmeşəlilər arasında bir neçə tarixi nəsil mövcuddur. Bunlar Paxlalar,Qırxlar, Qırıqlar, Sam-samlar və Katsaylardır. Paxlalar kəndə ən son gəlmiş nəsil hesab olunur. İlk əvvəl kəndin otlaq əraziləri Alpan kəndinə məxsus olmuş sonradan həmin torpaqları kənd əhalisi tərəfindən alınmışdır.Kənddəki qədim qəbristanlığın buralarda əvvəllərdə yaşayış olduğunu göstərir. Qırxlar özlərini Qafqaza ilk gəlmiş ərəb sərkərdəsi Salman ibn Rəbiə əl-Bəxilinin və onunla yanaşı buraya gəlmiş 39 sərkərdənin nəslindən hesab edirlər. Bu nəsillər haqqında ən ətraflı məlumatı Bakıxanovun Gülüstani-İrəm əsərindən almaq olar. Uzunmeşədə 3 əsas məhəllə var ki, bunlar Küçə, Xarman və Taladır. Həmçinin Uzunmeşəlilər İspaniya, İngiltərə, Rusiya, Ukrayna, Belçika, Hollandiya, İsveçTayvanda yaşayır. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məhz bu kənddəndir. Kənd əhalisinin əksəriyyəti təsərrüfatla məşğul olur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 232 nəfər əhali yaşayır.[3]

Kənddə Uzunmeşə kənd məscidi dini icması fəaliyyət göstərir[4].

  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. MÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)