Uğur Şahin

Uğur Şahin
Uğur Şahin
Uğur Şahin 2019-cu ildə fevralın 4-də Heidelbergdə elmi konfrans zamanı
Uğur Şahin 2019-cu ildə fevralın 4-də Heidelbergdə elmi konfrans zamanı
Doğum tarixi 19 sentyabr 1965(1965-09-19)[2][3] (59 yaş)
Doğum yeri
Milliyyəti türk
Həyat yoldaşı Özləm Türeci
Uşağı 1
Elm sahələri tibb[1], onkologiya[1], İmmunologiya[1], vaksin[1], COVID-19[1]
İş yerləri
Təhsili Köln Universiteti
Mayns Universiteti
Tanınır BNT162b2, BioNTech, COVID-19 Peyvəndi, xərçəng tədqiqatları
Üzvlüyü
Mükafatları Almaniya Federativ Respublikasının "Xidmətlərə görə" ordeninin böyük zabit xaçı
Princess of Asturias Award for Technical and Scientific Research
İmza
Profile at BioNTech
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uğur Şahin (19 sentyabr 1965[2][3], İskəndərun, Hatay ili[4][5]) — xərçəng tədqiqatlarında ixtisaslaşmış türk əsilli alman immunoloq.[6][7] Biotexnologiya şirkəti olan "BioNTech"in qurucusu və icraçı direktoru. 2006-cı ildən Mayns Universitetinin III Tibb Klinikasında Eksperimental Onkologiya üzrə professor, 2008-ci ildən bəri həyat yoldaşı Özləm Türeci ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarə Heyətinin sədridir. Şahin COVID-19 peyvəndinin qabaqcıl istehsalçılarından biri sayılır.[8]

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Uğur Şahin 19 sentyabr 1965-ci ildə Hatayın İskəndərun şəhərində Ələvi ailəsində anadan olub.[9] Dörd yaşında anası ilə birlikdə Almaniyanın Köln şəhərinə Ford Motor Şirkətində çalışan atasının yanına köçür. Orta təhsilini başa vurduqdan sonra Köln Universitetinin tibb fakültəsində tibb təhsili aldı və 1992-ci ildə məzun oldu.[10] Doktorluq dərəcəsini 1993-cü ildə "şiş hüceyrələrində immunoterapiya" mövzusunda araşdırmalarına görə həmin universitetdə Maykl Freundşunun rəhbərliyi ilə almışdır.[11] 2000-2001-ci illər arasında Şahin, 1996-cı il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Rolf Tsinkernagel və Hans Henqartner ilə birlikdə Sürix Universiteti Xəstəxanasında laboratoriyada müxtəlif araşdırmalarda iştirak etdi.[12]

Şahin hələ 20 yaşında tələbə ikən laboratoriyada işləməyə başladı. 1990-cı illərin əvvəllərində Köln Universitetinin leykoz şöbəsində, sonra Saarlənd Universitetində səkkiz il daxili xəstəliklərhematoloji-onkologiya doktoru olaraq çalışdı.[13] Yüksək məhsuldar immunoloji metodlar və bioinformatik yanaşmalardan istifadə edərək xərçəng hədəfi kəşfində qabaqcıl olan Şahin, yeni xərçəng biomarkerlərini və hədəf terapiya platformalarını əhatə edən 70-dən çox müstəqil patent tətbiqinə malikdir.[14] İşlərində immunoloq həyat yoldaşı Özləm Türeci ilə tez-tez əməkdaşlıq edir və 2001-ci ildə xərçəngə qarşı monoklonal antikorları inkişaf etdirmək üçün Ganymed İlaçı qurdular. Ganymed, Yaponiyanın əczaçılıq şirkəti Astellas Pharma tərəfindən 2016-cı ildə 1,4 milyard dollarlıq bir müqavilə ilə satın alındı.[15] Şahin 2008-ci ildə milyarder Strünqmann qardaşlarının dəstəyi ilə BioNTech şirkətini qurdu. Ganymedi idarə edən Türeci, illərlə şirkətin elmi məsləhətçisi olaraq çalışdı və Ganymed satıldıqdan sonra BioNTech-ə baş həkim olaraq qatıldı. Hal-hazırda 1300 işçisi olan BioNTech ilə cütlük insan orqanizminin öz antigenini istehsal etməsini təmin etmək üçün MRNT adlı genetik materialdan istifadə edərək fərdi xərçəng immunoterapiya müalicə üsullarını inkişaf etdirməyə başladılar.[16] Məqsəd, genetik məlumatları daşıyan, immunitet sisteminin müvafiq reaksiyasını gücləndirərək şişlərin inhibisyonuna və geriləməsinə səbəb olan xəbərçi maddə olan ribonuklein turşusu (RNT) əsasında xərçəng peyvəndini inkişaf etdirməkdir. Komandası ilə birlikdə hər xəstənin xərçəng mutasiya profilinə xüsusi olaraq uyğunlaşdırılmış MRNT əsaslı peyvəndlərin inkişafına öncülük etdi. Şahin, 2010-cu ildən bu yana Maynsdakı İohanna Quttenberq adına Mayns Universiteti Tibb Mərkəzində Translasyonal Onkoloji və İmmunoloji Mərkəzinin (TRON) direktoru vəzifəsini icra edir. Bundan əvvəl, 2010-cu ildən 2019-cu ilin sentyabrına qədər TRON-un ümumi elmi müdürlüyünü icra etdi. Xərçəng və yüksək tibbi müdaxilələrə ehtiyacı olan digər ciddi xəstəliklərin diaqnozunun qoyulması və dərmanlarının tapılmasını özünə missiya edən bioloji preparatların tədqiqatı təşkilatı olan TRON-un həmtəsisçisi və şəriki olan Şahin, eyni zamanda burada tədqiqat və araşdırmalar aparan doktorantlara elmi məsləhətlər də verməkdədir.[17]

2019-cu ildə Çində ortaya çıxan və bütün dünyaya yayılan COVID-19 pandemiyasından sonra şirkət bütün diqqətini koronavirus peyvəndini hazırlamağa yönəltdi. Amerika dərman şirkəti Pfizer və BioNTech-in 9 noyabr 2020-ci il tarixli ortaq açıqlamasında Dr. Şahin və qrupu tərəfindən SARS-CoV-2-ə qarşı hazırlanan BNT162 peyvəndinin təsir nisbətinin yüzdə 90-dan çox olduğunu bildirdi. Edilən açıqlamada, hazırlanan peyvəndin təhlükəsizliyi ilə əlaqədar ciddi narahatlığa səbəb olacaq bir tapıntı olmadığı və peyvənd üçün təcili istifadə lisenziyası almaq üçün bu ay ABŞ səlahiyyətlilərinə müraciət etməsi gözlənilir.[11] COVID-19 peyvəndi xəbərinin ardından Fransız xəbər kanalı La Chaîne Info (LCI) türk cütlüyünü radioaktivliyi tapan KimyaFizika üzrə Nobel mükafatı laureatları Pyer KüriMariya Küri ilə müqayisə etdi.[18]

2021-ci il martın 19-da o, və həyat yoldaşı Özləm Türeci COVID-19-ə qaşı peyvənd hazırlamaqda əldə etdikləri uğur səbəbiylə Almaniya Federativ Respublikasının ən yüksək mükafatı olan Ləyaqət Ordeni ilə təltif olundular. Bellevue Sarayında təşkil edilən təltif etmə mərasiminə Almaniya Prezidenti Frank-Valter ŞtaynmayerKansler Angela Merkel də qatılmışdılar. Alim cütlüyə mükafatı çəxsən Kansler Angela Merkel təqdim etmişdir.[19]

Üzv olduğu qurumlar

[redaktə | mənbəni redaktə et]

Şahin 2004-cü ildən bəri Alman İmmunologiya Cəmiyyətinin və 2008-ci ildən Mayns, Tənzimləyici Araşdırmalar Qrupu, Xərçəng İmmunoterapiyası Dərnəyinin (CIMT) Proqram Komitəsinin üzvüdür. 2012-ci ildə Maynsda qurulan Fərdi İmmuno Müdaxilə Komitəsinin (CI3) qurucularından biri idi.[20][21] 2014-cü ildən Amerika Xərçəng Araşdırmaları Birliyinin (AACR) və 2015-ci ildən Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) üzvüdür.[22]

ABŞ Milli Tibb Kitabxanasında Şahinin həmmüəllifi olduğu 345 klinik tədqiqat və digər elmi məqalələr var; 49-nun ilk müəllifidir.[23] ABŞ Patent və Ticarət markası bürosu databazasında onunla əlaqəli bir neçə patent var.[24]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Universitetdə təhsil aldığı illərdə İstanbuldan Almaniyaya köçmüş bir həkimin qızı Özləm Türeci ilə tanış oldu. Şahin, 2002-ci ildə Mayns İohanna Quttenberq adına Universitetin Tibb Mərkəzində çalışan Türeci ilə evləndi. Bloomberg Businessweek tərəfindən 2020-ci ilin dekabrında yayımlanan "Dünyanın ən zəngin 500 insanı" siyahısında 5.4 milyard dollarlıq şəxsi varidatı ilə 456-cı yeri tutan Şahin, "dünyanın ən zəngin Türkü" ünvanını da əlində saxlayır.[25][26] Bununla yanaşı, həyat yoldaşı Özləm Türeci ilə “Almaniyanın 100 ən varlı adamı” sırasında yer alır.[27] Şahin, iqtisadiyyat jurnalı Forbes tərəfindən dərc olunan "2020-ci ildə milyarder statusu qazanan səhiyyə sektorundakı 50 nəfər " siyahısında 4.2 milyard dollarlıq sərvətiylə birinci sırada yer aldı.[28]

  1. 1 2 3 4 5 6 7 8 9 10 Sahin, Ugur // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Curriculum vitae.
  3. 1 2 German Trade Register (alm.). // Zentralhandelsregisterbeilage zum Deutschen Reichsanzeiger und Preußischen Staatsanzeiger: zugleich Zentralhandelsregister für das Deutsche Reich
  4. 1 2 https://www.sozcu.com.tr/2020/dunya/ise-bisikletle-giden-milyarderler-ozlem-tureci-ve-ugur-sahin-6120664/.
  5. 1 2 https://www.nytimes.com/2020/11/10/business/biontech-covid-vaccine.html.
  6. Hatice Akyün, ""Wir sind Impfstoff": Über zwei Wissenschaftler, die nicht nur Hoffnung gegen das Virus machen.", Der Tagesspiegel (alman), April 26, 2020, February 4, 2021 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  7. Johannes Göbel, "Erfolgreiches "Mainzer Modell"", Deutschland-Portal (alman), Fazit Communication, German Federal Foreign Office, March 26, 2015, January 12, 2021 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  8. Kurt Stukenberg, "Immuningenieure im Wettlauf gegen die Zeit", Der Spiegel (alman), Hamburg: Spiegel-Verlag Rudolf Augstein, October 23, 2020, January 22, 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  9. "Arxivlənmiş surət" (alman). 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10. (#first_missing_last)
  10. "Arxivlənmiş surət". 2020-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
  11. 1 2 "Arxivlənmiş surət". 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12. (#first_missing_last)
  12. "Arxivlənmiş surət". 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
  13. "Arxivlənmiş surət". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12. (#first_missing_last)
  14. "Arxivlənmiş surət". 2018-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  15. "Arxivlənmiş surət". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12. (#first_missing_last)
  16. "Arxivlənmiş surət". 2020-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12. (#first_missing_last)
  17. "Arxivlənmiş surət". 2017-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  18. "Arxivlənmiş surət". 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12. (#first_missing_last)
  19. 1 2 Sitat səhvi: Yanlış <ref> teqi; nişan adlı istinad üçün mətn göstərilməyib
  20. The Cluster for Individualized Immune Intervention (Ci3) (ingilis), November 17, 2020 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  21. Cluster für Individualisierte ImmunIntervention (Ci3) – BMBF Spitzencluster (alman), Bundesministerium für Bildung und Forschung (BMBF), March 20, 2021 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  22. 1 2 "Prof. Dr. med. Ugur Sahin", SFB 1399: Mechanisms of Drug Sensitivity and Resistance in Small Cell Lung Cancer, Department of Translational Genomics, University of Cologne, July 11, 2020 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  23. "Advanced Search", ClinicalTrials (ingilis), U.S. National Library of Medicine, November 24, 2020 tarixində arxivləşdirilib, İstifadə tarixi: November 25, 2020
  24. "Advanced Search", Patent Full-Text and Image Database (ingilis), U.S. Patent and Trademark Office, November 28, 2020 tarixində arxivləşdirilib, İstifadə tarixi: November 25, 2020
  25. "Arxivlənmiş surət". 2017-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  26. "Arxivlənmiş surət". 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  27. "Arxivlənmiş surət". 2020-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  28. "Arxivlənmiş surət". 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-12.
  29. Preisträger Vincenz-Czerny-Preis und deren Arbeiten (alman), Deutsche Gesellschaft für Hämatologie und Medizinische Onkologie, March 20, 2021 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  30. Ugur Sahin, Managing Director (Science and Research) of Translational Oncology at the University Medical Center of the Johannes Gutenberg University Mainz – Tron (ingilis), University of Birmingham, May 3, 2017 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  31. GO-Bio Erfolge (alman), Bundesministerium für Bildung und Forschung (BMBF), April 17, 2021 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  32. "Prof. Ugur Sahin, MD PhD", ISCOMS (ingilis), International Student Congress of (Bio)medical Sciences, November 9, 2020 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  33. Prof. Ugur Sahin Receives Prestigious European Research Council (ERC) Advanced Grant for Personalized Cancer Vaccines (alman), Mainzer Wissenschaftsallianz, April 19, 2018, December 8, 2020 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  34. The 2019 Mustafa Prize Laureates (ingilis), November 10, 2020 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  35. Viermal Deutscher Krebspreis für DKTK Wissenschaftler (alman), Deutsches Konsortium für Translationale Krebsforschung (DKTK) – Deutsches Krebsforschungszentrum, February 28, 2019, April 17, 2021 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 26, 2020
  36. "Deutscher Nachhaltigkeitspreis: Startseite". Deutscher Nachhaltigkeitspreis (alman). March 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2020.
  37. Miller, Joe; Cookson, Clive. "FT People of the Year: BioNTech's Ugur Sahin and Ozlem Tureci". Financial Times. December 16, 2020. December 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Tibb portalı