Uğursuz dövlət — fundamental təhlükəsizlik və inkişaf funksiyalarını yerinə yetirmək qabiliyyətini itirmiş, ərazisi və sərhədləri üzərində effektiv nəzarəti olmayan dövlət. Uğursuz dövlətin ümumi xüsusiyyətlərinə vergi toplamaq, hüquq-mühafizə, təhlükəsizlik təminatı, ərazi nəzarəti, siyasi və ya mülki idarə heyəti və infrastrukturun saxlanması iqtidarında olmayan hökumət daxildir.[1] Bu baş verdiyi halda genişmiqyaslı korrupsiya və cinayətkarlığın, dövlət və qeyri-dövlət subyektlərinin müdaxiləsi, məcburi köçkünlərin meydana çıxması və əhalinin qeyri-ixtiyari yerdəyişməsi, kəskin iqtisadi tənəzzül, həm dövlət daxilində, həm də xaricdən hərbi müdaxilənin gerçəkləşmə ehtimalı daha yüksəkdir.[2]
Dövlətlərin idarəetmə səviyyəsini təsvir etmək üçün müxtəlif ölçülər hazırlanmışdır. Bir dövləti uğursuz hesab etmək üçün lazım olan hökumət nəzarətinin xüsusi səviyyəsi ilə bağlı səlahiyyətlilər arasında əhəmiyyətli fərq var.[3]