Uşmal | |
---|---|
Óoxmáal | |
20°21′34″ şm. e. 89°46′17″ q. u.HGYO | |
Ölkə | Meksika |
Yerləşir | Yukatan ştatı |
Aidiyyatı | Maya Mədəniyyəti |
Sifarişçi | Ax Suytok Tutul Şiv |
Tikilmə tarixi | 1007 |
Üslubu | Mayya memarlığı |
Sahəsi |
|
Vəziyyəti | stabil |
Rəsmi sayt | inah.gob.mx/zonas/110-zo… |
Tipi | Mədəni |
Kriteriya | i,ii,iii |
Təyin edilib | 1996 |
İstinad nöm. | 791 |
Dövlət | Meksika |
Region | Latın amerikası və Kariblər |
Meksikanın qeydiyyata alınmış abidələri | |
İstinad nöm. | ZA175 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Uşmal — Mayya sivilizasiyasının böyük şəhərlərindən biri, müasir Meksikanın Yukatan yarımadasının şimal-qərbində, Merida şəhərindən 68 km cənubda yerləşir.[1]
Uşmal adının mənası «oş-mal» (üç dəfə) verir (bu ad yəqin ki, şəhərin üç periodunu əks etdirir). Yaxınlıqdaki Labna seremonial kompleksi və Sayil saray kompleksi ilə birgə Uşmal 1996-cı ildə UNESCO-nunDünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Şəhərin tikililəri Puuk memarlıq məktəbinin ən yaxşı nümunələridir.
Şəhərin əsası 10.9.0.0.0 | (2 Ahau 13 Mac) ilində — yəni 15 avqust 1007-ci ildə Ax Suytok Tutul Şiv tərəfindən qoyulmuşdu. Uşmal uzun illər Yukatanın siyasi və mədəni mərkəzi hesab edilirdi. Şəhər tolteklərlə bağlı tutul-şiv tayfaları tərəfindən işğal edilmişdi. Uşmal Yukatanda siyasi hökmranlıq uğrunda Mayapan və Çiçen-İtsa ilə mübarizə aparırdı. Bu hadisələrin dəqiq xronologiyası yoxdur, çünki bir çox mənbələrdə ziddiyatlar mövcuddur. Şəhər Mayapan ordusunun işğalından sonra, Tutul-Şiv öz paytaxtını Uşmaldan Maniyə köçürmüşdü.
Alimlərin ehtimalına görə, Uşmalda 25 000 nəfər yaşayırdı. Uşmal Puuk memarlıq məktəbinin mərkəzi olmuşdu və buna görə burada çoxlu sayda klassik üslubda binalar tikilmişdi.
6 qrupa bölünən Uşmal xarabalıqları dəfələrlə XIX əsrdən ABŞ və Meksika arxeoloqları tərəfindən (C. Stivens, U.Holms, K.Ruppert, A.Rus, X.Akosta, S.Saens v.d.) tədqiq olunmuşdu.
Şəhərin binaları qismən bərpa ediliblər.
Ən əhəmiyyətli monumental memarlıq abidələri aşağıdakilardı: