Kənd | |
Uşquli | |
---|---|
gürc. უშგული | |
42°55′04″ şm. e. 43°00′56″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Vikianbarda əlaqəli mediafayllar |
Uşquli (gürc. უშგული) — Gürcüstan Respublikasının Sameqrelo-Yuxarı Svaneti diyarının Mestia rayonunda, İnquri dərəsinin başında yerləşən svan icması. Jibiani, Çvibiani, Çajaşi, Lamjurishi və Murkmeli kəndlərindən ibarətdir.[1] Dəniz səviyyəsindən 2200 m yüksəklikdə yerləşən Uşquli kəndi Dağıstanın Doqquzpara rayonundakı Kuruş kəndindən sonra (dəniz səviyyəsindən 2560 m yüksəklikdə) Avropada ən yüksək daimi məskunlaşmış yaşayış məntəqəsi hesab edilir.[2] Böyük Qafqazın ən yüksək zirvələrindən olan Şxaranın cənub yamacında, İnquri çayının yuxarı axarında yerləşir.
Uşqulidə təxminən 70 ailə (200 nəfərə qədər) yaşayır, məktəb var. Ətrafı ilin 6 ayı qarla örtülü olur və rayon mərkəzi Mestiaya aparan yol tez-tez kəsilir. Kənddə ənənəvi svan qüllə-evləri qorunmuşdur. Jibiani kəndinin yanında təpədə XI əsrdə tikilmiş Məryəm kilsəsi (svanca Lamariya) yerləşir.