VIII Karl | |
---|---|
fr. Charles VIII | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 iyun 1470 |
Doğum yeri |
|
Vəfat tarixi | 7 aprel 1498 (27 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Atası | XI Lüdovik[1] |
Anası | Savoyyalı Şarlotta[1] |
Həyat yoldaşı |
|
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
VIII Karl (fr. Charles VIII) və ya Gülərüz Karl (fr. Charles l'Affable; 30 iyun 1470, Ambuaz[d] – 7 aprel 1498, Ambuaz[d]) — Fransa kralı. Atası XI Lüdovikin ölümünün ardından 1483-cü ildə hələ 13 yaşında ikən taxta çıxdı. Azyaşlı olduğu üçün böyük bacısı Anna və əri Burbon hersoqu Pyotr kral naibi olaraq 8 il boyunca ölkəni idarə etdi. Onların naibliyi dövründə ölkənin güclü zadəganları mərkəzi hakimiyyətə qarşı ayaqlandı və Dəlisov müharibə olaraq adlanan çatışmada monarxiya birlikləri qalib gəldi.
Karl 1491-ci ildə Avropanı alt-üst edən bir addım atdı və Bretanlı Annayla gizlicə evləndi. Skandala səbəb isə Annanın Müqəddəs Roma imperatoru I Maksimilyanla 1490-cı ildə vəkalətən nikahlanmış olması idi. Ancaq o əsnada gəlinin 13 yaşı olduğu üçün imperatorun yanına göndərilməmişdi. Bu səbəblə ilk nikahı tamamlanmamış hesab olundu. Bu evliliklə Karl Bretan bölgəsini Fransayla birləşdirməyi planlaşdırırdı.
Neapol kralı Anjulu Renenin ölmədən öncə Karlın atasını varis seçməsinin ardından Fransa kralları Neapol taxt-tacında haqq iddia etməyə başladılar. Karl da bu haqqını davam etdirmək üçün İtaliyada hərbi əməliyyatlara başladı və heç bir maneəylə qarşılaşmadan yarımadanı işğal etdi. Toplanan yerli zadəganlar tərəfindən fransızlar bir neçə il sonra bölgədən çıxarılsa da, davam edən İtaliya müharibəsi növbəti 50 il boyunca davam etdi.
Karl 1498-ci ildə doğulduğu qəsrdə baş verən qəzada yaralandı və vəfat etdi. Geridə oğul varisi qoymadığı üçün yerinə ata şəcərəsindən qohumu olan Orleanlı Lüdovik taxta keçdi.