Vadidəki Zambaq

Vadidəki Zambaq
fr. Le Lys dans la vallée
Müəllif Onore de Balzak
Orijinal dili fransız dili
Yazılma ili 1835
Nəşr ili 1836
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vadidəki Zambaq – dahi fransız yazıçısı Onore de Balzak tərəfindən qələmə alınmış romandır.

Kitab, ilk dəfə 1835-ci ildə nəşr olunub və yazıçının nəhəng ədəbi varidatı içərisində ən seçilən əsəridir. Məktub şəklində qələmə alınan roman, baş obraz olan Felix de Vandenesse adlı şəxsin dilindən nəql edilir. Əsər, məhəbbət romanı olmaqla yanaşı, həm də, dövrün müxtəlif siyasi və sosyal hadisələrinə də toxunur. Dahi Balzakın özünə xas yazı üslubuyla, bacarığını maksimum şəkildə ortaya qoyduğu bu roman hər bir oxucuya yüksək təsir bağışlayacaq kitablar sırasındadır.

Felix de Vandenesse:

Felix, ailəsi tərəfindən qatı qanunlarla, sevgi göstərilmədən böyüdülmüş utancaq bir gəncdir. O, romanın ilk hissəsində, kiçik yaşlarında məruz qaldığı qəddarlıqları uzun uzadıya nağıl edir. Yazıçı, Felixin uşaqlıq illərini nəql edərkən, öz uşaqlıq dövründən təsirlənmişdir. Ailəsindəki sevgisizliyin əksinə, Felix daha emosianal və duyğularına asan qapılan bir kimsədir. Odur ki, bir cümləsində deyir "Təbiət mənə sevməyə əlverişli bir qəlb veribdir." Hələ 20 yaşında olarkən bir dövlət şənliyində ilk dəfə gördüyü gözəl bir qadına aşiq olur. O gündən, onun bütün həyatı dəyişir.

Madam de Mosrtsauf:

Henriette eynilə Felix kimi çətin və sevgisiz bir uşaqlıq yaşamışdır. Soyuq və sərt bir qadın olan anası, onu gənc qızlığının ilk illərində, özündən yaşca böyük olan əsəbi bir adamla evləndirmiş, beləcə xoşbəxtlik ümidi olan evlilik Henriette üçün günü-gündən artan, qatlanmağı çətin olan bir dərd qaynağı olmuşdur. 25 yaşında, 2 uşaq anası olan bu xanım, hər şeyə mətanətlə tab gətirir və öz ailə müsibətlərini ətrafa qarşı məxfi saxlamağı bacarır. Lakin Felix, onların ailəsinə daxil olduqdan sonra, kənardan xoşbəxt lakin öz içində bədbəxt olan bu ailənin bütün sirlərinə vaqif olmağı bacarır.

Mösyö de Mortsauf:

Olduqca əsəbi bir xislətə sahib olan Kont, müxtəlif bəhanələrlə Henrietteni incidir, onun bütün qayğılarından sui-istifadə edir. Kontun və hər kəsin gözündə dost, lakin, gerçəkdə Henriettenin aşiqi olaraq ailəyə daxil olan Felix, Kontun bütün zillətlətinə qarşı Henriette ilə birgə dözür. Onu, əlindən gəldiyi qədər bu zülümlərdən qorumağa çalışır. Beləcə dərd onları daha da yaxınlaşdırır və Felix Henriette üçün dostdan da artıq olur. Birgə keçdikləri keşmə-keşli yol onların ruhunda qırılmaz tellər yaradır. Felix üçün eşq və ehtirasla başlayan, lakin, Henriettenin təmiz məhəbbət və tələbiylə ari qalan bir eşqdir bu. Cismlə deyil, ruhla dadılan bir eşqdir. Lakin, daha sonra Felixin başqa bir qadınla olan yaxınlığı hadislərin cərəyanını dəyişərək bu ari məhəbbətə kölgə salır. O kölgə ki, Henriettenin sonunu hazırlayan bir zərbə olur. Saf eşq və ehtirasın, sədaqət və xəyanətin, romanıdır "Vadidəki Zambaq". Eyni zamanda fərqli hislərin ixtilafında döyünən bir ürəyin hekayəsidir. Felix de Vandenessenin həyətının daha sonraki hissəsilə maraqlananlar yazıçının "Bir Həvva Qızı" adlı əsərini oxuya bilərlər.

  1. Honoré de Balzac by Albert Keim and Louis Lumet, chapter 4
  2. ^ Women in the Life of Balzac by Juanita Helm Floyd

Xarici linklər

[redaktə | mənbəni redaktə et]