Vadim Streltsov | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 30 aprel 1986 (38 yaş) |
Doğum yeri | |
Boyu | 1,7 m |
Çəkisi | 94 kq |
İdman növü | ağır atletika |
Vikianbarda əlaqəli mediafayllar |
Vadim Nikolaeviç Streltsov (belar. Вадзім Стральцоў; doğ. 30 aprel 1986, Mogilyov şəhəri, BSSR) — Belarus ağır atleti. 94 kq çəki dərəcəsində çıxış edib. 2015 Ağır atletika üzrə Dünya Çempionatının qalibi, 2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Belarus respublikasının əməkdar idman ustası.Qatrda keçirilən beşinci beynəlxalq turnirinin və 2019 Avropa çempionatının bürünc mükafatşısı. İlk məşqçiləri - Aleksandır Gonçarov, Valentin Korotkin, Anatoli Lobaçev. Ailəlidir, iki qızı var.
1986-cə ildə Moğilyov vilayətinin Qavrilinka kəndində anadan olmuş.
2006-cı ildə Streltsov 85 kq çəki dərəcəsində dünya çempionatında ilk debütünü etdi: Çinin Quançjou şəhərində keçirilən yeniyetmələrin dünya çempionatında ilk qızıl medalını qazandı.[1] 2007-ci ildə eyni kateqoriyada Çianqmay keçirilən dünya çempionatında bürünc medala layiq görülüdü. 2008-ci ildə Pekin Olimpiadasında çıxış etdi. Lakin üç cəhdİN sonu elan edilmiş 170 kq-lıq çəkini qaldıra bilmədi.[2]
2015-ci ildə Vadim Streltsov 94 kq çəki dərəcəsində Hyustonda Dünya Kubokunu qazana bildi. Eyni kateqoriyada Rio-de-Janeyrodakı 2016 Yay Olimpiaya Oyunlarında isə ümumi çəki 395 kq olmaqla gümüş medala layiq görüldü.[3]
4 dekabr 2019-cu ildə Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) qazaxstanlı ağır atlet Vladimir Sedovun 2008-2016-cı illərdə ki bütün uğurlarını ləğv etdi. Nəticədə Vadim Stresov 2014-cü il dünya çempionatının bürünc medalına sahib oldu.[4]
2013-cü ildə A.A.Mogilev Dövlət Universitetinin Bədən tərbiyəsi fakültəsini bitirib. Hal-hazırda Belarusiya ağır atletika yığma komandasının idmançı-təlimatçısı vəzifəsində çalışır. 2015-ci ilin nəticələrinə görə Mogilyov Regional İcraiyyə Komitəsinin "İlin adamı" xüsusi mükafatı layiq görülüb.[5]