Vah | |
---|---|
slovak. Váh | |
| |
Ölkə | Slovakiya |
Mənbəyi | Çernı Vah/Belı Vah |
Mənsəbi | Dunay/ Qara dəniz |
Uzunluğu | 433 km |
Su sərfi | 152 m³/s |
Hövzəsinin sahəsi | 19600 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Vah (slovak. Váh) — Slovakiyanın ən uzun çayı, Dunayın sol qolu.
Çayın adı latın dilindən olan vagus (gəzib dolanan) sözündən yaranıb, belə ki, çay öz məcrasını tez-tez dəyişirmiş[1].
Vah çayı Kralyova Leqota çayı yaxınlığında, mənsəbini Vısokiye Tatrı və Nizkiye Tarı dağlarından götürən Çernı Vah və Belı Vah çaylarının birləşməsi nəticəsində yaranır.
Vah çayının uzunluğu — 433 km, çay səthinin sahəsi — 19 600 km²-dir. İllik su sərfi 152 m³/saniyədir.
Vah çayı üzərində Vajsk silsiləsi yaradan 20 su-elektrik stansiyası vardır. Çayın suyu suvarma və su təchizatı üçün istifadə edilir. Çay mənbəyindən Sered şəhərinə qədər gəmiçilik üçün istifadə edilir.