Vahid Ələkbərov | |
---|---|
Vahid Yusifoviç Ələkbərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 sentyabr 1950[2][3] (74 yaş) |
Doğum yeri | Razin, Bakı, Azərbaycan SSR, SSRİ [1] |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | sahibkar, mühəndis, iqtisadçı |
Atası | Yusif Ələkbərov[1] |
Anası | Tatyana Fyodrovna[1] |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vahid Ələkbərov (tam adı: Vahid Yusifoviç Ələkbərov; d. 1 sentyabr 1950, Razin qəsəbəsi, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı milyarder. İqtisad elmləri doktoru. Rusiyanın "LUKoyl" neft şirkətinin təsisçisi və eks-prezidenti
Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində anadan olmuşdur.[4] Atası Yusif Ələkbərov müsəlman azərbaycanlı[5], anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian idi[1].
Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil aldığı vaxt "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-cü ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir. "Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-ci ildə ABŞ-nin "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24.9 milyard dollar həcmində qiymətləndirilir.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi münasibətlərin və qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətləri olmuşdur.