Vahlkampfiidae | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Vahlkampfiidae |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Vahlkampfiidae (lat. - Vahlkampfiidae). İbtidailərin Percolozoa tipinin fəsiləsidir.
İlbizşəkilli amöblərdir. Bəzən ön qurtaracağın yanları ilə sıralanan, bəzən də yan tərəfdən arxa hissəyə yönəlmiş kökayaqların köməyilə hərəkət edir. Nüvənin bölünməsi promitetikdir.[1]
Qeydə alınmış növlər: Vahlkampfia albida Lepsi – Şirvan düzünün boz, Lənkəran vilayətinin sarı, Abşeronun boz-qonur torpaqlarında; V. Froschi Lepsi – Şirvan düzünün boz, Lənkəran vilayətinin sarı torpaqlarında; V. Tachypodia Glaeser – Lənkəran təbii vilayətinin sarı, Abşeronun boz-qonur, Dağlıq Qarabağın şabalıdı torpaqlarında; V.limax Stepanek – Lənkəran təbii vilayətinin sarı, Abşeronun boz-qonur torpaqlarında; V.magna Iollos – Şirvan düzünün boz torpaqlarında; V. Spinifera Lepsi – Dağlıq Qarabağın şabalıdı torpaqlarında; N.gruberi Lepsi – Dağlıq Qarabağın şabalıdı, Abşeronun boz-qonur torpaqlarında.[1]