Valeri Borçin

Valeri Borçin
rus. Валерий Борчин
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 11 sentyabr 1986(1986-09-11)[1] (38 yaş)
Doğum yeri
Boyu 178 sm
Çəkisi 63 kq
İdman növü yüngül atletika
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Valeri Viktoroviç Borçin (11 sentyabr 1986[1], Povodimovo, Mordoviya MSSR[d]) — Rusiya yüngül atleti, Mordoviya idman yerişi məktəbinin nümayəndəsi. Milliyətcə erzyandır[2]. Üçqat Rusiya çempionu (2006, 2008, 2009). 2008 Yay Olimpiya Oyunlarının 20 km məsafəyə idman yerişi üzrə çempionu. Rusiyanın əməkdar idman ustası.

Gəncliyində ağır atletika və uzun məsafəyə qaçışla məşğul olmşdur. 17 yaşında diz zədəsindən sonra idman yürüşü ilə məşğul olmağa başladı. 2004-cü ildə bölgədəki məşhur məşqçi Viktor Çeginlə tanış oldu və qrupda məşq etməyə başladı.

Bir il sonra milli çempionatda 10 kilometr məsafəyə yürüşdə ikinci yeri tutdu. Ancaq dopinq testi zamanı qanında efedrin aşkar olundu və 2005-ci ildən 2006-cı ilədək yarışlarda iştirak etməkdən məhrum edildi.[3]

4 avqust 2012-ci il tarixində 20 km məsafəyə qaçışda finiş çatmağa təxminən bir kilometr qalmış Valeri Borçin huşunu itirdi və yarışı başa vura bilmədi.

İki il sonra, 20 yanvar 2015-ci ildə Rusiya Antidopinq Agentliyi (RUSADA) Valeri Borçini səkkiz il müddətinə diskvalifikasiya etdi və üç dövr üçün olan nəticələrin ləğv olunduğunu elan etdi: 14 iyul - 15 sentyabr 2009-cu il,16 iyun - 27 sentyabr 2011-ci il və 11 aprel - 3 sentyabr 2012-ci il.[4]

8 noyabr 2013-cü ildə Rusiya atletika komandasının baş məşqçisi Valentin Maslakov Valeri Borçinin idman karyerasını başa vurduğunu açıqladı.[5]

24 mart 2016-cı ildə Lozannadakı İdman Arbitraj Məhkəməsi Borçinin 14 avqust 2009-cu il tarixdən 2012-ci il oktyabrın 15-dək olan bütün nəticələrinin ləğvi barədə qərar qəbul etdi.[6]

  1. 1 2 Valeriy Borchin // World Athletics database.
  2. Российские надежды в Лондоне-2012: Валерий Борчин
  3. Athletes Sanctioned for a Doping Offence Committed During 2005 Arxiv surəti 7 iyul 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-07-07 at the Wayback Machine. IAAF (2005). Retrieved 2011-04-10.
  4. "Информация о дисквалификации: легкая атлетика". Российское антидопинговое агентство «РУСАДА». 20.01.2015. 2015-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
  5. "Ольга Каниськина, Валерий Борчин и Денис Нижегородов завершили спортивную карьеру". 2013-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-25.
  6. Кирдяпкин лишен золота Лондона-2012, Каниськина – серебра Arxivləşdirilib 2016-03-27 at the Wayback Machine Новость на сайте sports.ru от 24 марта 2016 года