Valeri Bryusov

Valeri Bryusov
Брюсов, Валерий Яковлевич
Valeri Bryusov, 1906-cı il
Valeri Bryusov, 1906-cı il
Təxəllüsü Валерий Маслов, Аврелий[1][2], В. Бакулин[3][2], Нелли[4][2], В. А. Маслов[5], Даров[2], 3. Фукс[2], Ptyx[2], К. Веригин
Doğum tarixi
Doğum yeri Moskva, Rusiya imperiyası
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Vəfat səbəbi ağciyər iltihabı
Dəfn yeri
Vətəndaşlığı Rusiya Rusiya
Milliyyəti rus
Təhsili Moskva Universiteti
İxtisası Tarix-filologiya
Fəaliyyəti şair, romançı, tərcüməçi, ədəbiyyatşünas, dramaturq, ədəbi tənqidçi, tarixçi
Əsərlərinin dili rus və fransız
İstiqamət Simvolizm
Janr lirik
İmza
Vikimənbənin loqosu Valeri Bryusov Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Valeri Yakovleviç Bryusov (13.12.1873, Moskva – 9.10.1924, Moskva) — rus şairi, nasir, tərcüməçi, ədəbi tənqidçi. Rus ədəbiyyatında simvolizmin görkəmli nümayəndələrindən biridir.[7]

Tacir ailəsində doğulmuşdur. Moskva Universitetinin tarix-filologiya fakültəsini bitirmişdir (1899). "Rus simvolistləri" (1–3-cü buraxılışlar, 1894–95) toplusunda çap olunmuş, ilk şeirləri Bryusova şöhrət qazandırmışdı. Bilərəkdən əcnəbi dillərdə adlandırdığı ilk şeir topluları ["Chefs d’oeuvre" ("Şedevrlər", 1895); "Me eum esse" ("Bu mənəm", 1897)] və P. Verlendən tərcümələri (1895) bu şöhrəti daha da artırmışdı. A. S. Puşkindən başlamış A. A. Fetə qədər rus poeziyası tarixi ilə məşğul olan B. 1898-ci ildən "Rus arxivi" jurnalında əməkdaşlıq etmişdir. Onun K. D. Balmont, Y. K. Baltruşaytis və S. A. Polyakovla birlikdə yaratdığı (1899) "Skorpion" simvolist nəşriyyatında yeni rus incəsənəti təbliğ olunurdu.[7]

1903-cü ildə Peterburqda çıxan "Novıput" simvolist jurnalı ilə əməkdaşlıq etmişdir. 1904–08-ci illərdə "Vesı" jurnalının faktiki rəhbəri olmuş, proqram səciyyəli bir sıra məqaləsini ("Sirlərin açarları", 1904 və s.) bu jurnalda dərc etdirmişdir. Bir çox hallarda məhz Bryusovun səyləri sayəsində simvolizm rus incəsənətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdi. 1900-cü illərdə Bryusovun yaradıcılığı ["Şəhərə və dünyaya" (1903); "Στέφανος. Əklil" (1906) şeir topluları; "Odlu mələk" tarixi romanı (1907–1908)] müxtəlif cərəyanlara mənsub tənqidçilərin coşqun rəyləri ilə qarşılandı. Onun bu dövrdə yazdığı ən yaxşı əsərlərində yaradıcılığının səciyyəvi xüsusiyyətləri aydın surətdə aşkara çıxdı, lakin "Bütün nəğmələr" (1909) toplusundan başlayaraq Bryusovun poeziyası daha az orijinallıq kəsb edir, hər yeni kitabı ("Kölgələrin güzgüsü", 1912; "Nellinin şeirləri", 1913; "Göy qurşağının yeddi rəngi", 1916) artıq keçənlərin təkrarı kimi dərk edilirdi. Onun nəsr əsərləri də ["Dünyanın mehvəri" (1907), "Gecələr və gündüzlər" (1913) topluları; "Qələbə mehrabı" (1911–12) romanı; "Daşanın nişanlanması" (1913), "Reya Silviya" (1914) və "Eluli Elulinin oğludur" (1916) povestləri] uğur qazana bilməmişdi. Birinci dünya müharibəsi illərində "Russkiye vedomosti" qəzetinin hərbi müxbiri işləmişdir. Moskva Universitetində və özünün yaratdığı Ali ədəbi-bədii institutda dərs demişdir Aktiv ədəbi-tənqidi fəaliyyət göstərmiş, şeir nəzəriyyəsi ("Şeir haqqında müxtəsər elmi kurs", 1919), puşkinşünaslıq və tərcümə ilə məşğul olmuş dur. Sonrakı şeir kitablarında ["Son arzular", 1920; "Belə günlərdə", 1921; "An", 1922; "Dali", 1922; "Mea" ("Tələs"), 1924] zamanın ruhuna uyğun və avanqardizm nailiyyətlərindən istifadə edən Bryusov yeni poetika yaratmağa təşəbbüs göstərmişdir. 1915–17-ci illərdə Bakıya gəlmişdir. Bakı haqqında şeirləri var. Şərq poeziyası üslubunda onlarca şeir yazmışdır. Bəzi şeirləri Azərbaycan dilinə tərcümə olunmuşdur.[7]

  • Sobr. soç.: V 7 t. M., 1973–75;
  • Sredistixov 1894–1924: Ölkələrin Manifesti
  • Baxış M., 1990; Rus ədəbiyyatı antologiyası. C.1. B., 2007.[7]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]