Valpurgiya gecəsi | |
---|---|
![]() | |
Ölkə | |
Tarix | 30 aprel[1][2], 1 may[1][2] |
![]() |
Valpurgiya gecəsi — bütpərəstlik dövründə qədim germanların mayın 1-nə keçən gecə bahar bayramı; VIII əsr alman xalq rəvayətinə görə, Almaniyanın Brokken dağında ifritlərin bayramı (ifritlərin böyük gecə məclisi). Katolik müqəddəsi Valpurgiyanın xatirə günü (mayın 1-i) bu bayramla bir vaxta düşdüyündən belə adlanır. Valpurgiya gecəsindən ədəbi və musiqi süjeti kimi istifadə edilmişdir (İohann Götenin "Faust" əsəri, Şarl Qunonun eyniadlı operası, Henrix Heynenin "Yol mənzərələri" və s.).