Vandallar | |
---|---|
| |
Sayları və yaşadığı ərazilər | |
Dili | Vandal dili |
Dini | German politeizmi |
![]() |
Vandallar — Şərqi German tayfalarından biri. Xalqların böyük köçü sayəsində Roma imperiyası ərazisinə daxil olmuş, 455-ci ildə Romanı qarət etmişdilər. Vandalizm termini onların Romadakı hərəkətlərindən qalmışdır. 429-cu ildə kral Genserik başçılığında Şimali Afrikaya daxil olmuş, 439-cu ildə Vandal krallığını qurmuşdular. Krallıq 100 il sonra I Yustinian tərəfindən işğal edilmişdir. Bu hadisədən sonra Vandallar Bizans imperiyasındakı digər xalqlarla assimilyasiya olaraq tarix səhnəsindən silindilər.
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |