Vanna Buakeva วรรณา บัวแก้ว | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
![]() |
Vətəndaşlığı |
![]() |
Voleybolçu məlumatları | |
Boyu | 1.72 m |
Çəkisi | 54 kq |
Zərbəsi | 283 sm |
Bloku | 275 sm |
Mövqeyi | Libero |
Karyerası | |
Komandası |
![]() |
Nömrəsi | 2 |
Klub karyerası | |
1999–2002 2002–2003 2003–2008 2008 2009 2009–2010 2010 2010–2011 2011–2012 2012 2012– |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Milli komanda karyerası | |
1996– |
![]() |
![]() |
Vanna Buakeva – İqtisadçının şərəfini qoruyan təcrübəli qadın libero. Avropada oynayan ilk tailandlı voleybolçu. 18 ildir ki, Tailand milli voleybol komandasının şərəfini qoruyur. Milli komandadakı debüt matçı 1996-cı ildə Malayziyaya qarşı olmuşdu.[1]
Vanna Buakeva karyerasına 1996-cı ildə məktəb səviyyəsində başlamışdı. 1999-cu ilə qədər Tailand millisinin müxtəlif yaş qruplarında oynamış, daha sonra isə 2002-ci ilə qədər Pepsi şirkətinin Banqkok şəhərindəki komandası olan Pepsi Bangkokda oynamışdı. 2001-ci ildə milli komanda ilə birlikdə Asiya çempionatında bürünc medal qazanmışdı.
2002-03 mövsümünü İtaliyada keçirən voleybolçu Volley Spezzano ilə ilk legioner macərasını da yaşamışdı. 2003-2008 illəri arasında onun öz deyimi ilə "Bütün gücümü milli komandaya həsr etmişdim" sözləri tam doğru idi. Belə ki, bu illərdə o heç bir klubda oynamamış, ancaq milli komanda ilə birlikdə bir çox turnirdə iştirak etmişdi. Bu intervalda 2007-ci ildə Asiya çempionatının bir daha bürünc medalını qazanmışdı. Bu səfər bu nailiyyətlə də bəs etməyib bir də şəxsi mükafat qazandı. Bu turnirin "Ən yaxşı müdafiəçi"si nominasiyasında qazanılmış mükafat idi.