Varaxşa | |
Varaxşa | |
---|---|
özb. Varaxsha | |
| |
39°51′46″ şm. e. 64°04′23″ ş. u.HGYO | |
Ölkə | Özbəkistan |
Vilayət | Buxara |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Varaxşa — Buxara vilayətinin Condor rayonunda, Buxaradan (Özbəkistan) 30 kilometr qərbdə yerləşən qədim yaşayış məskəni.
Qədim yaşayış məskəninin bu hissəsi, ərəb istilasından əvvəl Buxara vahəsini idarə edən Buxarxudatların iqamətgahı olub. Burada həyat XI əsrdə dayanıb. Varaxşanın tənəzzül səbəblərindən biri vahənin suvarma sistemlərində suyun qıtlığı olub. Yaşayış məskəninin sahəsi 100 hektar olub.
Varaxşa vahənin qərb sərhəddində mühüm hərbi forpost olmaqla yanaşı, həm də Buxara vahəsinin mühüm siyasi və mədəni mərkəzi idi. Varaxşa həmçinin, Buxara ilə Xarəzm arasındakı yolda yerləşən ticarət mərkəzi olub.
X əsr tarixçisi Əbu Bəkr Narşahi Varaxşa haqqında aşağıdakı məlumatları verib:
Bura böyük yaşayış yerlərindən biridir. Böyüklüyünə görə Buxara şəhərindən geri qalmayan ərazi təməli baxımından da Buxaradan daha qədim olub. Bəzi mənbələrdə kənd, Varaxşa adı ilə deyil, Rəcfəndun adı ilə də qeydə alınıb. Burada hökmdarların iqamətgahı var idi; buradakı qala hökmdarlar tərəfindən bir neçə dəfə möhkəmləndirilib. Kəndin əvvəlki divarları hündürlüyünə görə Buxaranın divarları ilə demək olar ki, eyni idi. Racfaidun, və ya Varaxşada 12 suvarma kanalı var idi;kənd Buxara divarının daxilində yerləşirdi. Burada, min ildən çox tarixə malik, Buxar-Xudat tərəfindən tikilmiş saray da var idi. Xunuk-Xudat onu bərpa edəndə bu saray çoxdan dağılmışdı. Bərpasından sonra saray yenidən dağılsa da, Taxşada oğlu Buxar-Xudat Buniat İslamın qızıl dövründə sarayı yenidən tikdirmiş və öldürülənə qədər sarayda yaşamışdır. I İsmayıl Samani, kənd sakinlərini yanına çağıraraq, sarayın kilsəyə çevirilməsi üçün 20 min dirhəm və tikinti üçün lazım olan taxta-şalban və materialının (bundan başqa, binanın bir hissəsi hələ də salamat idi) verilməsini təklif etsə də, sakinlər kəndlərində kafedral məscidinə ehtiyac olmadığını əsas gətirərək bu təkliflə razılaşmadılar. Kənddə hər 15 gündən bir bazar təşkil olunur, ilin sonunda isə 20 gün davam edən yarmarka olurdu. 21-ci gün isə əkinçilərin yeni ili adlanan yeni il qeyd edilirdi, çünki Buxara əkinçiləri bu gündən hesaba başlayaraq, bu vaxt təyini ilə hərəkət edirdilər. Sehrbazlar üçün Yeni il beş gündən sonra başlayırdı.[1]
Varaxşa yerli əhalinin ərəblərə qarşı müharibəsində mühüm rol oynamış yaşayış məskəni olub. Burada arxeoloji qazıntılara 1930-cu illərdə arxeoloq Vasili Afanasyeviç Şişkinin rəhbərliyi altında başlanılıb.
Varaxşa sarayı qaladan qərbdə, qəsəbənin cənub qala divarının düz yanında yerləşir. Saray binası, qazıntılardan məlum olduğu kimi, eramızın V əsrində tikilmiş, VIII əsrin sonu və ya IX əsrin əvvəllərinə qədər mövcud olmuşdur. Saray binasının əsas strukturu bir-birinin ardınca yerləşən üç böyük mərasim zalı: Şərq, Qırmızı və Qərb mərasim zallarından ibarət olub. Əsas zalların divarları müxtəlif məzmunlu mənzərəli rəsmlərlə bəzədilmişdir. Qırmızı zalın divarlar yırtıcı və xəyali heyvanların ovlanması səhnələri ilə rənglənmişdi. Qərb zalında da divar rəsmlərinə rast gəlinib.[2]