Varlam Liparteliani | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 27 fevral 1989[1] (35 yaş) |
Doğum yeri | |
Boyu | 1,87 m |
Çəkisi | 94 kq |
İdman növü | cüdo[2] |
Varlam Liparteliani (gürc. ვარლამ ლიპარტელიანი; 27 fevral 1989[1], Lentexi[d], Raça-Leçxumi və Aşağı Svaneti diyarı) ― Gürcüstan cüdoçusu.[3] O, dəfələrlə olimpiya və dünya çempionatlarının müxtəlif medal mükafatçısı olmuşdur.
O, 2012 Yay Olimpiya Oyunlarında 90 kq çəkidə yarışmışdır və ikinci dövrədə Mark Entoniyə (Avstraliya) məğlub oldu.[4] Avropa Cüdo Çempionatında Liparteliani məhsuldar iştirakı ilə seçilir, belə ki 2012, 2014 və 2016-cı illərdə qızıl, 2009, 2010, 2013 və 2015-ci illərdə gümüş və 2011-ci ildə bürünc medalları sahibi olmuşdur.[5]
O, Gürcüstanın həm milli, həm də olimpiya cüdo komandasının kapitanıdır.[6] Quqava Georgi onun məşqçisidir.[7]
O, 2016 Olimpiya Oyunlarında gümüş medal qazandı. O, finalda Masyu Beykerə (Yaponiya) məğlub olmazdan əvvəl Komronşox Ustopiriyonu (Tacıkistan), Ovini Ueranı (Nauru), Lxaqvasürengiun Otqonbaatarı (Monqolustan) və Kvak Tonhanı (Cənubi Koreya) məğlubiyyətə uğratmışdır.[8]
Lipartelianinin ən sevdiyi fənd "uçi mata"dır.[9] 25 sentyabr 2018-ci il tarixinə olan statistika cədvəlinə görə, o, dünyanın bir nömrəli cüdoçusu idi.[10]
2021-ci ildə Qətərin paytaxtı Doha şəhərində keçirilən 2021 Cüdo Dünya Ustaları yarışında qızıl medal qazandı.[11][12]
Liparteliani 11 yaşında cüdo ilə məşğul olmağa başlamışdır. O, yapon əfsanəsi Kosey İnoue və həmyerlisi gürcü cüdoçu Zurab Zviadauridən ilhamlanmışdır. O, evlidir və üç oğul atasıdır.[13]
Liparteliani, düz Londonda keçirilən 2012 Yay Olimpiya Oyunlarından əvvəl Gürcüstanın Borjomi şəhərində təlim-məşq toplanışı zamanı komanda yoldaşı Avtandil Çrikişvili ilə avtomobil qəzasına düşdü. Avtomobildə olan sərnişinlər ağır yaralansalar da, vəziyyətdən sağ qurtuldular.[6]
Cüdo statistikası[14] | |
---|---|
Ümumi | 256 |
Qələbələr | 200 |
İppon ilə | 104 |
Məğlubiyyətləri | 56 |
İppon ilə | 18 |
(25 sentyabr 2018-ci ilə görə)
İl | Yarış | Yer | Çəki sinfi |
---|---|---|---|
2014 | ECCO Team Challenge | 1-ci | Orta çəki (−90 kg)[15] |