Vasabi | |
---|---|
fr. Wasabi | |
| |
Janr |
Triller Dram Kriminal Komediya Ekşn |
Rejissor | Lük Besson |
Prodüserlər |
Lük Besson Julyen Şultheys |
Əsərin müəllifi | Lük Besson |
Ssenari müəllifi | Lük Besson |
Baş rollarda |
Jan Reno Röko Hirosue Mişel Müller Karol Buke |
Bəstəkar | Erik Serra |
İstehsalçı | Europa Corporation |
Distribütor | InterCom[d], Netflix |
İlk baxış tarixi | 2001 |
Müddət | 94 dəqiqə |
Büdcə | € 15 300 000 |
Gəlir | $ 10 366 360 |
Ölkələr |
Fransa Yaponiya |
Dil | fransız dili |
İl | 2001 |
Rəng | rəngli[d] |
Çəkiliş yeri |
Fransa Yaponiya |
IMDb | ID0281364 |
«Vasabi» (fr. Wasabi) — 2001-ci ildə çəkilən bədii film.
Sloqanı: (fr. «Wasabi, la petite moutarde qui monte au nez») — «Vasabi buruna vuran kiçik xardaldır».
Yuber Fiorentini (Jan Reno) Fransanın ən ekssentrik polisidir. Əla detektiv olsa da, cinayətkarlarla mübarizədə istifadə etdiyi üsullar onun idarəsinin xoşuna gəlmir. Onu məzuniyyətə göndərirlər. Bir gün Yuber xəbər tutur ki, 19 il görmədiyi yeganə sevdiyi qadın Yaponiyada vəfat edir. Dəfn mərasimində 19 yaşlı Yumi (Ryoko Hirosue) adlı qızının olduğunu öyrənir. Növbəti gün Yuminin 20 yaşı olacaq, bu da onun həddi-buluğa çatdığı deməkdir. Yumi gəru həyat tərzi sürür, onun bank hesabında $ 200 000 000 var, lakin o, pulları ancaq 20 yaşı olduğda hesabdan çıxarda bilər. Bu azmış kimi, Yuminin pullarını «Zebra» adlı yakudzalar ələ keçirmək istəyir. Yenigələn Yuber öz üsulları ilə problemləri həll etmək məcburiyyətində olur.