Vasili Aleksandri | |
---|---|
rum. Vasile Alecsandri | |
![]() | |
Təxəllüsü | V. Mircesco |
Doğum tarixi | 21 iyul (2 avqust) 1821[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 22 avqust (3 sentyabr) 1890[3][1][…] (69 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Fəaliyyəti | şair, yazıçı, siyasətçi, dramaturq, folklorşünas, diplomat |
Əsərlərinin dili | Rumın dili, fransız dili |
![]() |
|
![]() |
Vasili Aleksandri (mold. Василе Александри, rum. Vasile Alecsandri; 21 iyul (2 avqust) 1821[1][2], Bakeu judetsi, Moldova knyazlığı[1][4] – 22 avqust (3 sentyabr) 1890[3][1][…], Mirçeşti[d]) — Moldova və Rumıniya yazıçısı, publisist, folklor toplayıcısı.
Vasili Aleksandri 2 avqust 1821-ci ildə Moldova knyazlığında anadan olmuşdur. O, 1848-ci il inqilabında, həmçinin Moldaviya və Valaxiyanın birləşməsi uğrunda mübarizədə fəal iştirak etmişdir. "Yassı karnaval vaxtı", "Kiritsa əyalətdə" (1852) komediyalarında, "Müstəbid voyevoda" (1879), "Ovidi" və s. tarixi dramlarında və hekayələrində feodal-təhkimcilik quruluşu, istibdad, hakim siniflərin həyat tərzini tənqid edir. 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsi dövründə yazdığı "Bizim döyüşçülərə pyes" silsiləsində xalqın istiqlaliyyət uğrunda mübarizəsini tərənnüm etmişdir. "Doynalar" (1843–1853), "İnci-cicəkləri" (1848–1863) şeir silsilələrinin, tarixi poemaların müəllifidir. Aleksdrinin yaradıcılığı moldav və rumın ədəbiyyatında tənqidi realizmin, ədəbi dilin inkişafına güclü təsir göstərmişdir. 3 sentyabr 1890-cı ildə vəfat etmişdir.[5]