Vatslav Şimanovski

Vatslav Şimanovski
pol. Wacław Szymanowski
Doğum tarixi 23 avqust 1859(1859-08-23)[1][2]
Doğum yeri
Vəfat tarixi 22 iyul 1930(1930-07-22)[3][2][…] (70 yaşında)
Vəfat yeri
Təhsili
  • Münhen Rəssamlıq Akademiyası[d]
Fəaliyyəti heykəltaraş, rəssam
Fəaliyyət illəri 1875–1930
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vatslav Şimanovski (tam adı: Vatslav Şimanovski, pol. Wacław Szymanowski; 23 avqust 1859[1][2], Varşava22 iyul 1930[3][2][…], Varşava) — Polşa heykəltaraşırəssamı. Varşavanın Lazenki parkındakı müəllifi olduğu, bəstəkar Frederik Şopenin heykəlinə görə məşhurdur.

Şimanovski Varşavada anadan olmuşdur. O, jurnalistyazıçı Vatslav Şimanovskinin (9 iyul 1821 – 21 dekabr 1886) oğlu, fiziksiyasətçi Vatslav Şimanovskinin (14 aprel 1895 – 15 yanvar 1965) atasıdır.[5]

Təxminən 1895-ci ilədək rəssam-heykəltaraş əsasən polyak alpinistlərin və Hutsulların janr rəsmlərini, eləcə də portret çəkməklə məşğul olurdu.[5]

Daha sonra heykəltaraşlığa qayıdaraq modern-simvolizm üslubda əsərlər yaratmağa başladı. O, Krakovda Artur Qrotgerin, Varşavada Frederik Şopenin heykəllərini dizayn etməklə bərabər, məzar abidələri (atasının Varşavanın Povonski məzarlığındakı qəbri də daxil olmaqla) və portret büstləri də hazırlamışdır.[5] Şimanovski 70 yaşında Varşavada vəfat etmişdir.

Şopenin heykəli

[redaktə | mənbəni redaktə et]

1907-ci ildə Şimanovski hazırda Varşavanın Lazenki parkında yerləşən Frederik Şopenin bürünc heykəlini hazırlamışdır. Heykəl əvvəlcə 1910-cu ildə, Şopenin anadan olmasının yüz illiyində hazır olmalı idi, ancaq dizaynla əlaqədar mübahisələr, sonra isə I Dünya müharibəsinin başlaması ilə təxirə salındı. Abidə müharibədən sonra - 1926-cı ildə təhvil verildi.

  • Alpinistin taleyi, 1887 (Lviv Muzeyi)
  1. 1 2 Waclaw Szymanowski // RKDartists (nid.).
  2. 1 2 3 4 The Fine Art Archive. 2003.
  3. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  4. RKDartists (nid.).
  5. 1 2 3 Encyklopedia powszechna PWN (1976), vol. 4, p. 372.