Veb-dizayn (ing. Web Design) — veb-səhifələrin vizual tərtibatıdır.
Ümumdünya şəbəkədə nəşr olunan hər hansı bir resurs — gün ərzində on minlərlə istifadəçilər daxil olan qlobal informasiya portalından tutmuş, ayda iki dəfə istifadəçilərin daxil olduğu şəxsi saytların hamısı bədii əsərdir. Bu mühəndis-dizayner həllinin mürəkkəb kompleksidir. Belə əsərlərin yaradılması veb-dizayn adlanır.
Veb-dizayn mühitində siz bütün imkanlarınızı bütövlükdə göstərə bilərsininz və həm də burada əməyinizin nəticəsinin senzurası siz özünüz və sizin səhifəyə daxil olanlardır. Resursların ölçüsündə, onun məzmununda, kompanovkasında sizin üçün heç kim məhdudiyyət və hər hansı bir qəti çərçivə qoymur. Nəticədə İnternet istifadəçilərinin çoxmilliyonlu auditoriyası tərəfindən sizin yaratdığınız layihə qiymətləndirilir.
Yeni layihə yaradarkən Veb-masterin işini asanlaşdırmaq məqsədi ilə onu lazım olan proqram təminatı ilə təmin etmək vacibdir. Təcrübəsi az olan Veb-masterlərin qarşısında hal-hazırda mövcud olan saysız-hesabsız proqramlar arasında özünə lazım olan proqramları seçmək və onlarla işləmək çox çətindir. Nəzərə almaq lazımdır ki, çox vaxt lazımi proqram və ya utilit haqqında məlumat olmur. Bunları nəzərə alaraq aşağıda Web-masterlər üçün lazım olan əsas proqram təminatlarının siyahısı göstərilmişdir. Bu proqramlar Microsoft Windows sistemi üçün nəzərdə tutulub.
Bu proqram redaktorlarının çoxunu Internet şəbəkəsindən pulsuz yükləmək mümkündür.
Veb-səhifə elə yaradılmalıdır ki, onun görünüşü mümkün qədər çox brauzerlərdə (məs., Microsoft Internet Explorer, FireFox, Opera, Safari və s.) eyni olsun. Bildiyimiz kimi istifadəçilərin çoxu İnternet şəbəkəsinə daxil olmaq üçün dial-up birləşməsindən istifadə edir, yəni modem vasitəsilə provayderə qoşulmuş "ləng" xətlərdə işləyirlər. Bu isə o deməkdir ki, verilənlərin ötürülmə sürəti çox aşağıdır. Veb-sayt yaradarkən veb-master çalışmalıdır ki, onun səhifəsi istifadəçinin brauzerinə tez yüklənsin. Bünün üçün isə bəzi şərtlər ödənilməlidir — qrafik təsvirlərin optimal yerləşdirilməsi, mətnlərin formatında hansı atributlardan istifadə edilməsi.
Nəzərə almaq lazımdır ki, çoxlu sayda müxtəlif, böyük ölçülü qrafik şəkillərdən və parlaq rənglərdən istifadə etmək heç də veb-saytın yüksək səviyyədə hazırlığından xəbər vermir, əksinə zövqsüz məhsulun yaranmasına səbəb olur. Odur ki, veb-saytın bütün səhifələri və ona daxil olmuş qrafik və interaktiv elementlər mümkün qədər minimal ölçüyə malik olmalıdırlar. Bunun üçün sayt yaradarkən xüsusi qrafik kompressorlardan, HTML sənədlərindən artıq kodların silinməsini yerinə yetirən bir sıra üsullardan istifadə edilir. Sayt daxilində idarəni asanlaşdırmaq üçün, onun anlamlı naviqasiyaya malik olması vacibdir. Belə olduqda istifadəçi kopüterinin tipindən və bu kompüterdə qurulmuş proqram təminatından asılı olmayaraq sənəd daxilində bir bölmədən digər bölməyə keçərkən heç bir çətinliklə qarşılaşmayacaq. Veb saytların yaradılması zamanı HTML kodu ilə yanaşı CSS də vacibdir ki, yaradılmış mətnə istənilən funksiya verilə bilsin.
Naviqasiya elementləri istifadəçinin maxsimal rahatlığı nəzərə alınaraq yerləşdirilməlidir. Əgər naviqasiya elementləri səhifənin yuxarı hissəsində yerləşdirilibsə və səhifənin skrollinq vasitəsilə sonuna gəldikdə bu elementlər görünməz olursa, bu halda naviqasiya elementlərinin dublikatını səhifənin sonunda da qoymaq məsləhətdir. Əgər qrafik və aktiv elementlərə istinad qoyulubsa onları mətn üzərində də qoymaq məsləhətdir, çünki bəzi istifadəçilərin brauzerləri qrafik təsvirləri işıqlandırmırlar və Java proqram elementlərini dəstəkləmirlər.
Böyük ölçülü İnternet-layihə yaratmaq üçün artıq bir Veb-master kifayət deyil. Buraya böyük bir qrupun cəlb ediməsi vacibdir ki, müəyyən hissə dizayla məşğul olur, proqram və redaktə işləri isə qrupun digər üzvlərinə tapşirılır. Digər əsas məsələ isə veb-layihədə səhifələrin avtomatik yaradılmasıdır, yəni serverə FTP protokolları vasitəsilə 20 səhifədən ibarət saytı yükləmək olar. Sayt 200 və ya daha artıq səhifədən ibarət olarsa və səhifələrin gündəlik təzələnməsi vacibdirsə bu zaman şablonlaşdırma sistemindən istifadə edilir.
Şablonlaşdırma hər hansı səhifənin və orada yerləşən verilənlərin maketinin yaradılması və qurulması qaydalarını qəbul edən texnoloqiyadır. Başqa sözlə şablonlaşdırma veb-səhifənin əsas tərkib hissələrə bölünməsini (dizayn, verilənlər və proqram hissələri) və bölünmüş hissələrinin bir yerə yığılmasını təyin edir.[1]
Veb-saytın yaradılmasında iki əsas peşə iştirak edir: veb-dizayner və veb-inkişaf etdiricisi, bu iki peşə adamların tez-tez veb-saytın yaradılması prosesində yaxın əməkdaşlıq etdiyi olur.[1] Veb-dizaynerlər vizual aspekt üçün məsuliyyət daşırlar ki, bu sayta aid layout, rənglər paleti və tipograqiya daxildir.[2][3][4] Veb-dizaynerlər həmçinin HTML və CSS kimi markirovka dilləri haqqında praktiki biliklərə sahib olmalıdırlar, lakin bunun dərəcəsi müxtəlif veb-dizaynerlər arasında fərqlənə bilər. Xüsusilə kiçik təşkilatlar üçün bir şəxs bütün veb-səhifəni planlaşdırmaq və proqramlaşdırmaq üçün lazımi bacarıqlara malik olmalıdır, hələ kiçik təşkilatlar veb-dizayner yalnız vizual aspekt üzrə məsuliyyət daşıya bilir.
Veb-saytın inkişaf etdirilməsi ilə əlaqəli ola biləcək digər iş yerləri aşağıdakılardır: