Vejnəli | |
---|---|
38°55′49″ şm. e. 46°33′01″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 980 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vejnəli və ya Vecnəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazi dairəsində kənd.[1]
Vejnəli kəndi dağətəyi ərazidədir. Bu oykonim inqilabdan əvvəlki ədəbiyyatda Vejner kimi qeyd olunmuşdur. Puşanlı tayfasına məxsus həmin qışlaqda vejnali tirəsi məskunlaşdıqdan sonra kənd həmin tirənin adi ilə adlanmışdır.[2]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal dövründə bu ərazidə kimyəvi terrorizm üzrə qruplar fəaliyyət göstərirdi.[3][4] Həmçinin Ermənistan kənd ərazisində yerləşən qızıl yataqlarını bu illər ərzində qeyri-qanuni istismar etmişdir.[5]
30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[6]
Kəndin yaxınlığında Vejnəli qızıl yatağı yerləşir. 1993–2020-ci illər arasında kənd Ermənistan işğalı altında olarkən qızıl yatağı xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilmişdi. Azərbaycan dövləti vurulmuş ziyanın təzminatını almaq üçün işlər görür.[7]
Zəngilan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |