Vektor prosessoru (Vector processor) – rəqəmli verilənlərin birölçülü massivləri (vektorlar) üzərində paralel hesablamalar üçün komandalar toplusuna malik olan kompüter. Vektor prosessoru ilə matris prosessoru oxşar məsələləri həll etsələr də, onlar arasında fərq var: vektor prosessorda vektor bütövlükdə xüsusi funksional bloka verilir, matris prosessorunda isə vektorun hər bir elementi ayrıca hesab qurğusuna göndərilir.