Vermont Respublikası

qismən tanınmış
Vermont Respublikası
ing. Vermont Republic
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
«Freedom and Unity, Stella quarta decima»
 
 
 

Paytaxt Vindzor
Kastelton
Rəsmi dilləri İngilis
İdarəetmə forması Respublika

Vermont Respublikası (ing. Vermont Republic) — Tarixşünasların 1777–1791-ci illərdə mövcud olan Vermont hökumətinə verdiyi ad. Şimali Amerika tarixində ilk dəfə rəsmi yazılı konstutsiya məhz 1777-ci ilin 8 iyulunda Vermontda qəbul edilir. Konstutsiyaya[1] görə ilk dəfə dünyada kişilərə seçki hüququnun verilməsi, quldarlığın qadağan edilməsi, və dövlət məktəblərinin dövlət hesabına təmin edilməsini nəzərdə tuturdu. Respublika ərazisində quldarlıq 1777–1791 ci illərdə qadağan edilsədə, ştata çevruldikdən sonra yenidən tətbiq edilir və yalnız 1858-ci ildə qadağa tətbiq olunur. Öz valutasını buraxması, dövlət atributları olması və idarə etmə orqanlarının fəaliyyətinə baxmayaraq, onun müstəqil dövlət olması ilə bağlı bir sənəd yoxdur. 2003-cü ildə Vermont ştatı ərazisinə İkinci Vermont Respublikası hərəkatı başlamışdır. Hədəf isə Vermontun yenidən müstəqil olmasıdır.

Dövlət başçıları

[redaktə | mənbəni redaktə et]

Dövlət rəhbəri Texas RespublikasıKaliforniya Respublikası kimi ölkələrdən fərqli olaraq Vermontda Prezident deyil Qubernator adlanırdı. Qubernatorlardan Tomas Cittender 1778–1789 və 1790–1791 illərdə, Mozes Robinson isə 1789–1790 ci illərdə ölkəni idarə etmişdir.

Vermont Respublikasının əskinası ing. Vermont coppers.
  1. "The Old Constitution House State Historic Site" (ingilis). Vermont State Historic Sites. 2012-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-17.