Veronika Tsepkalo

Veronika Tsepkalo
belar. Вераніка Валер’еўна Цапкала
Şəxsi məlumatlar
Doğum tarixi 7 sentyabr 1976(1976-09-07) (48 yaş)
Doğum yeri Mogilyov Belarusiya SSR, SSRİ
Milliyyəti belarus
Vətəndaşlığı SSRİ SSRİ  Belarus
Təhsili
Fəaliyyəti siyasətçi, menecer

Təltifləri Andrey Saxarov adına "Düşüncə azadlığı" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Veronika Valeryevna Tsepkalo ( belar. Вераніка Валер’еўна Цапкала; 7 sentyabr 1976, Mogilyov) — Belarus İT meneceri və siyasi fəal, 2020-ci ildə Belarus Respublikasının prezident seçkilərində həyat yoldaşı Valeri Tsepkalonun qərargahının rəhbəri və Svetlana Tixanovskayanın birgə qərargahının nümayəndəsi.

Veronika Valeryevna Tsepkalo 7 sentyabr 1972-ci ildə Mogilyovdə anadan olub. Anası - Yevgeniya Şesterikova, bacısı - Natalya Leonyukdur. Babası - Pyotr Şesterikov - yazıç olub. O, roman və qısa hekayələr müəllifidi. Mogilyov küçələrindən biri Pyotr Şesterikovun şərəfinə adlandırılmışdır.

Veronika Tsepkalo 1998-ci ildə Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini Beynəlxalq Münasibətlər ixtisası üzrə bitirib. Tsepkalo 2004-2006-cı illərdə Belarus Dövlət İqtisad Universitetinin Ali İdarəetmə və Biznes Məktəbində təhsil alıb. 2008-ci ildə Heydərabad (Hindistan) şəhərində Kiçik və Orta Müəssisələrin Milli İnstitutunda təhsil alıb.

Veronika Tsepkalo "Microsoft" şirkətində biznesin inkişafı üzrə menecer kimi işləyir. O, 12 Müstəqil Dövlətlər Birliyi (MDB) ölkəsində şirkətin inkişaf perspektivlərinə cavabdehdir.

Siyasi fəaliyyət

[redaktə | mənbəni redaktə et]

Veronikanın əri Valeri Tsepkalo Belarus Respublikası Prezidenti seçkilərində iştirak etdiyini elan edəndə Veronika onu səfərlərdə müşayiət etmiş və hər cür dəstək vermişdi. 14 iyul 2020-ci ildə Valeri Tsepkaloya prezidentliyə namizəd kimi qeydiyyatdan imtina edilib. Bundan az sonra prezidentliyə alternativ namizədlərin - Svetlana Tixanovskaya, Valeri Tsepkalo və Viktor Babarikonun qərargahları birləşdi.

Qərargahların birləşməsindən sonra Veronika Valeryevna ərinin komandasını Svetlana Tixanovskayanın seçki kampaniyasındstəmsil etməyə başlayıb. Bundan sonra Valeri Tsepkalo və onların uşaqları ölkəni tərk etmək məcburiyyətində qalıb.[2] Veronika 19 avqust 2020-ci ildə əri və uşaqlarının Polşada olduğu bildirib. Tsepkalo ailəsi hazırda da Polşaya sığınıblar.[3] Tsepkalo hakimiyyət orqanlarının təzyiqlərinə məruz qalırdı. Bu təzyiqlər arasına uşaqların oxuduğu məktəbdən məlumat toplamaqdan,[4] Veronikanın bacısı Natalya Leonyuku Valeri Tsepkaloya qarşı ifadə verməyə çağırmaq daxil idi.[5]

30 iyul 2020-ci ildə Minskdə keçirilən mitinqdə çıxışında Veronika Tsepkalo ailəsinin şəxsi faciəsindən - o zaman artıq ağır vəziyyətdə olan anasına qarşı cinayət işinin saxtalaşdırılmasından danışdı.[6] Siyasi təqiblər nəticəsində azadlığını itirməkdən qorxaraq, 2020-ci ildə Belarusda keçiriləcək prezident seçkiləri ərəfəsində Moskvadakı ərinə qoşularaq ölkədən qaçıb. O, Belarusun Moskvadakı səfirliyində səs verib.[7]

Hazırkı prezident Aleksandr Lukaşenkonun qələbəsini elan etdiyi 2020-ci ilin avqustunda keçirilmiş saxtalaşdırılmış prezident seçkilərindən sonra Veronika Tsepkalo “yeganə legitim prezident Svetlana Tixanovskayadır” deyə açıqlama vermiş və digər ölkələri Tixanovsakayı Belarusun qanuni seçilmiş prezidenti kimi tanımağa çağırmışdı.[8][9]

Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) Tsepkalonu Con S.Makkeyn Azadlıq Mükafatı (2020),[10] və Cen J. Kirkpatrick Mükafatı (2021) ilə təltif edib. Sonuncu mükafat qadınların siyasətdə və vətəndaş cəmiyyətində irəliləyişinə verdiyi töhfələrə görədir.[11] O, Alman "Lüterştadtın Das unerschrockene Wort" ("Qorxmaz söz") mükafatını da alıb (2021).[12]

2021-ci ildə Avropa Parlamenti demokratik Belarus müxalifətini kollektiv şəkildə 2020-ci il Saxarov mükafatı ilə təltif etdi. Tsepkalo təltif olunan nümayəndələr arasında idi.[13]

Svetlana Tixanovskaya, Mariya Kolesnikova və Veronika Tsepkalo 2021-ci ildə Ştiriya Media Qrupu tərəfindən "Çsokliç" Demokratiya Mükafatına layiq görülüblər.[14] Eyni üç Belarus müxalifət lideri Beynəlxalq Siyasi Məsləhətçilər Assosiasiyasının Demokratiya Medalı (2021) və Böyük Karl Mükafatını da (2022) alıblar.[15]

  1. 1 2 Hoffman R. Linkedin (ing.). 2003.
  2. Вероника Цепкало в Речице рассказала, как правоохранительные органы занялись ее детьми. TUT.BY (belarus). 2020-07-26. 2021-05-07 tarixində orijinalından arxivləşdirilib.
  3. "Belarus opposition figure detained at Ukraine border". Minsk: France 24. en:Agence France-Presse. 2020-09-08. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-08.
  4. Вероника Цепкало рассказала, почему её муж и дети уехали в Россию (belarus). 2020-07-29. 2021-05-07 tarixində orijinalından arxivləşdirilib.
  5. Калинина, Надежда. Сестру Вероники Цепкало опрашивали по заявлению Цепкало против бизнесмена Игдеджи. TUT.BY (belarus). 2020-07-30. 2021-05-09 tarixində orijinalından arxivləşdirilib.
  6. Борисевич, Катерина; Зайцева, Анжелика. "Хотели привязать ее к взрыву". Про какое уголовное дело мамы, плача, рассказала на митинге Вероника Цепкало. TUT.BY (belarus). 2020-07-31. 2021-02-04 tarixində orijinalından arxivləşdirilib.
  7. Жена Валерия Цепкало покинула Белоруссию. Коммерсантъ (rus). 2020-08-09. 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-27.
  8. Цепкало призвала другие страны признать Тихановскую законным президентом. РБК (rus). 2020-08-11. 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-27.
  9. Luke McGee, These three women stood up to Europe's longest-serving dictator. Here's what happened to them Arxivləşdirilib 2023-10-31 at the Wayback Machine, CNN (September 8, 2020).
  10. "Secretary Pompeo Leads Celebration of Freedom at IRI's Annual Award Ceremony". en:International Republican Institute. 2020-10-13. 2022-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-01.
  11. "IRI Celebrates the Jeane J. Kirkpatrick Award Honorees" (ingilis). IRI. 2021-09-27. 2022-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-01.
  12. "Lutherpreis "Das unerschrockene Wort"" (alman). Archytele. 2021-11-07. 2022-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-01.
  13. "Belarusian opposition receives 2020 Sakharov Prize". EU Affairs. en:European Parliament. 2020-12-16. 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-24.
  14. "Styria-Verlag honors Belarusian opposition leaders with the Fritz Csoklich Democracy Prize" (ingilis). Archytele. 2021-11-23. 2022-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-01.
  15. "Karlspreis 2022" (alman). de:Stiftung Internationaler Karlspreis zu Aachen. 2022-05-26. 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]