Vestminster körpüsü

Vestminster körpüsü
Westminster Bridge
Xəritə
51°30′03″ şm. e. 0°07′19″ q. u.HGYO
Keçid Temza çayı
Yeri Böyük London, Vestminster borosu, Lambet[d]
Üslubu Arka körpü
Uzunluğu
  • 250 m
Eni 26 m
Açılışı 1862 (Yenidənqurma:2007)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vestminster körpüsü Londonda Temza çayı üzərində piyadaların və avtomobillərin hərəkəti üçün tikilmiş, şimal sahilində Vestminster və cənub sahilində Lambeti birləşdirən körpüdür.

Körpü, əsasən, yaşıl rəngdə boyanıb. Bu, körpünün yaxınlığındakı Vestminster sarayında yerləşən İcmalar palatasındakı oturacaqlar ilə eyni rəngdədir. Bu körpü həmçinin Lordlar Palatasının oturacaqları ilə eyni rəngdə, qırmızı rəngdə olan Lambet Körpüsündən fərqli rəngdədir və Parlament Palatasının qarşısındadır.[1]

2005–2007-ci illərdə körpü əsaslı şəkildə bərpa olundu, dəmir kəmərlər dəyişdirildi və körpü yenidən rəngləndi. Körpü çayın qərb sahilində Vestminster sarayını Kaunti Hall və şərq sahilindəki Londonun gözü ilə birləşdirir. Vestminster körpüsü London Marafonunun ilk illərində finiş nöqtəsi idi.

1750-ci ildə Vestminster körpüsü tikilənədək, Temza çayı üzərində yeganə körpü London körpüsü idi.[2] Bu körpü 1862-ci ildə yenisi ilə əvəz olunub.

  1. Becky Jones,Clare Lewis. The Bumper Book of London: Everything You Need to Know About London and More... Frances Lincoln. 2012. səh. 127. ISBN 978 1 781011 03 4. (#accessdate_missing_url)
  2. Thames Diamond Jubilee Pageant, Key facts Arxivləşdirilib 2012-06-05 at the Wayback Machine; yoxlanılıb 2012–6-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]