Veymutov şamı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Veymutov şamı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Veymutov şamı (lat. Pinus strobus) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Təbii halda Şimali Amerika nın şərq rayonlarında yayılmışdır. Zaqatala rayonunun Pərzivan məntəqəsində dağ-meşə torpaqlarında bitir. Avropada XVII əsrdən becərilir. Hündürlüyü 50 m, diametri 160 sm olan iri ağacdır. Çətiri enli piramidal və ya yumurtavarı, seyrəkdir. Gövdəsi düz və hamardır, açıq-boz rəngli qabıq qatı ilə örtülmüşdür. Cavan zoğların qalınlığı isə 3–4 mm olub, çılpaqdır. Nazik iynəyarpaqları açıq-yaşıldır, uzunluğu 5-10 sm olub, 5 ədədi bir dəstədə yığılmışdır və 2-3 il budaqların üzərində qalır. Qozaları ensiz-silindrikdir, uzunluğu 8-16 sm-ə, qalınlığı 2-4 sm-ə çatır, uzun saplaqlarda 1-3 ədəd olmaqla yerləşir. Apofizləri üstdən qabarıqdır. İkinci il yetişir. Bu şam 25 ildən sonra meyvə verməyə başlayır. Təzə qumlu və gilli torpaqlara üstünlük verir. Quru və qeyri-münbit torpaqlarda bu növ zəif böyüyür. Kölgəyə, küləyə, soyuğa davamlıdır, rütubətsevəndir, isti yay günlərində yarpaqları quruyur. Çox vaxt pas xəstəliyinə yoluxur. Oduncağı yumşaq, yüngüldür, tikintidə binaların bəzədilməsində, mebel, qələm, kibrit, faner, sellüloza istehsalında istifadə edilir. Respublikamızda Lənkəran zonasının rütubətli yerlərində, dağ-ətəklərində gilli sarı torpaqlarda Veymutov şamı toxumla cücərdilib becərilir. Bakı da Nəbatat bağı nda, Gəncə də və Bərdə də ayrı-ayrı nüsxələri vardır.
Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.