Vidzeme (latış. Vidzeme - orta torpaq) — Latviyanın mədəni diyarı. Onun əsas hissəsi Dauqava çayının şimalında yerləşir.
Vidzeme Latviyanın şimal-şərqi hissəsində yerləşir. O, şimalda Estoniya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Bölənin qərbi sərhədi Riqa körfəzinin sahili boyunca keçir. Vidzeme Latviyanın ərazisinin 30,6%-i təşkil edərək, ölkənin ən böyük mədəni diyarıdır.[2]
Vidzeme Latviyada daşlı plajların olduğu yeganə bölgəsidir. Həmçinin, ölkənin ən yüksək nöqtəsi olan, Qaizinkalns təpəsi də burda yerləşir.[3]