Vikarın evində qətl

Vikarın evində qətl
ing. The Murder at the Vicarage
Janr detektiv
Müəllif Aqata Kristi
Orijinal dili ingilis
Yazılma ili 1930
Nəşr ili 1930
Nəşriyyat ing. Collins Crime Club

"Vikarın evində qətl" yaxud "Yepiskopun evində qəl" (ing. The Murder at the Vicarage) — Aqata Kristi tərəfindən yazılmış roman. Detektiv janrında olan roman "Mis Marpl" silsilə əsərlərindən olub 1930 cu ildə qələmə alınmışdır.

  • Jane Marple — qarımış qız, həvəskar detektiv.
  • Leonard Klement — qəsəbə vikarı.
  • Qrizelda klement — vikarın gənç arvadı.
  • Dennis Clement — vikarın qardaşı oğlu.
  • Mari — vikarın ev xidmətçisi.
  • Polkovnik Protero — istefada olan hərbçi polkovnik, Sent-Meri-Mid kilsə rəhbəri.
  • Lucius Protero — polkovnik Proteronun birinci nigahdan olan qızı.
  • Anna Protero — Proteronun məşuqəsi.
  • Lavrens Reddinq — gənc rəssam.
  • Dr. Stoun — arxeoloq.
  • Qledis Qrem — Stone'un katibəsi.
  • Estelie Lestranc — gözəl bir qadın.
  • Dr. Heydok — qəsəbə həkimi.
  • Houz — vikarın iş köməkçisi.
  • Marta Prays Ridley — yaşlı bir qadın.
  • Amanda Hartnell---ixtiyar bir qız.
  • Karolayn Ueterbay_--- yaşlı bir qonşu.
  • Slak — polis müfəttişi.
  • Melçett — polis polkovniki.

Leonard Klement İngiltərənin cənub qərbində yerləşən Sent Mari Mid kilsəsinin vikarı - keşişidir. İstefada olan hərbçi polkovnik Protero isə Sent Meri Mid kilsəsinin ictimai nəzarətçisidir. Kilsənin pulunun hərc-mərclik edilməsindən şübhələnən polkovnik hesab dəftərçəsini yoxlamaq üçün onun evinə təşrif buyurduğu gün müəmmalı şəkildə vikarın iş otağında qətlə yetirilir.

Polkovnik Protero qalmaqallı, hər işə qarışdığına görə qəsəbənin ən nifrət edilən şəxsi kimi tanınır. “Onu öldürən şəxs bəşəriyyətə yaxşılıq etmiş olardı” kimi söz söhbət qəsəbədə çoxdan dolaşmaqdadır.

Polis müfəttişi Slak yeddi nəfərdən şübhələnir. Bunlar rəssm Lavrens Reddinq və onun məşuqəsi olan polkovnikin ikinci arvadı Anna, polkovnikin qızı, vikarın gənc arvdı - Qriselda, onun qardaşı oğlu - Denis və onun özüdür.

Qətldə bir çoxları şübhəli bilinsə də miss Marpl vəziyyəti daha ayıq başla analiz edərək, qətlin məhz gənc rəssam Lavrens Reddinq və onun məşuqəsi olan polkovnikin ikinci arvadı Anna tərəfindən törədildiyi nəticəyə gəlir.