Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Qayda səsvermə nəticəsində qəbul edilib.
İstifadəçi səhifəsi — Vikipediyada qeydiyyatdan keçmiş hər bir istifadəçiyə avtomatik iki səhifə verilir. Onlardan biri istifadəçinin şəxsi səhifəsi, digəri isə müzakirə səhifəsidir.
İstifadəçi səhifəsi Vikipediya məqaləsi hesab edilmir, o, vikipediyaçıya istifadəyə verilmiş şəxsi səhifədir (veb-fayldır). Bu faktı göstərmək üçün istifadəçi öz səhifəsinə {{İstifadəçi}} şablonu əlavə edə bilər.
İstifadəçi səhifələri Vikipediyanın məqalə kateqoriyalarına daxil edilmir. Onlar yalnız "Vikipediyaçılar" kateqoriyasında olan altkateqoriyalara daxil edilə bilər.
İstifadəçi səhifələri açıqdır, yəni səhifələrə başqalarının baxmasına icazə verilir. İstifadəçinin icazəsi olmadan onun şəxsi səhifəsində (müzakirə səhifəsi də həmçinin) redaktə edilməsi etik hesab edilmir, bəzi hallarda isə vandalizm kimi qəbul edilir.
Öz istifadəçi səhifəsinin silinməsini istəyən istifadəçinin inzibatçılara müraciət etməsinə ehtiyac yoxdur. Səhifədə {{Sil}} şablonunun daxil edilməsi kifayətdir. Şablonu yalnız istifadəçinin özü daxil edə bilər. Bir müddətdən sonra inzibatçı həmin şablona görə səhifəni siləcəkdir.
Qeyd: Vikipediyaçı silinmiş istifadəçi səhifəsini bərpa etmək üçün inzibatçılara müraciət etməlidir.
İstifadəçi öz səhifəsinə müxtəlif məlumatlar daxil edə bilər:
Məlumatların bir çoxu şablonlar şəklində daxil edilir. Bunun üçün istifadəçi şablonları kateqoriyasına müraciət etmək mümkündür.
Qeyd: Unutmayaq ki, istifadəçi səhifələri də Vikipediya məqalələri kimi GFDL lisenziyası ilə lisenziyalaşdırılmışdır.
Yuxarda istifadəçi səhifələri üçün nəzərdə tutulan qaydalar alt səhifələrə də aid edilir. Vikipediyaçılar istifadəçi alt səhifələrindən:
istifadə edə bilərlər.
Ümumi olaraq istifadəçi səhifənizdə Vikipediya ilə əlaqəsi olmayan məzmun saxlaya bilməzsiniz. Unutmayın ki, Vikipediya keçidlər, media fayllar və ya şəkillər üçün kolleksiya deyil və istifadəçi səhifəniz şəxsi malınız deyil. Səhifəniz sizin Vikipediya ilə əlaqəli fəaliyyətiniz haqqındadır. Qadağan olunan məlumatlar aşağıdakılardır:
Qeyd: Yuxardakı şərtlər pozulduğu halda istifadəçi səhifəniz inzibatçılar tərəfindən silinəcək. Lütfən istifadəçi səhifənizi müzakirəsiz bərpa etməyin. Əks halda Vikipediya fəaliyyətiniz məhdudlaşdırıla bilər.
İstifadəçi qeydiyyatdan keçmirsə onun fəaliyyəti istifadə etdiyi IP-ünvana görə nəzərə alınır və Vikipediyaya etdiyi töhfələr bu səhifədə siyahılanır. İstifadəçinin IP-ünvanı anonim istifadəçinin şəxsi səhifəsi kimi qəbul olunur və istifadəçiyə müraciətlər (xəbərdarlıqlar da daxil olmaqla) bu səhifəyə yazılır. Lakin bunun mənfi tərəfləri də vardır:
İstifadəçi anonimliyini qorumaq istəyirsə hər hansı uydurma ad altında qeydiyyatdan keçməsi daha doğru yoldur. Belə ki, istifadəçi istifadə etdiyi IP-ünvanını açıq qoymaqla hansı ölkədən, hansı severdən işlədiyi haqqında məlumat vermiş olur. Qeydiyyatdan keçdikdə isə IP-ünvanını yalnız təftişçi görə bilir.
Anonim istifadəçinin müzakirə səhifəsi istifadəçi fəaliyyətini uzun müddət dayandırdıqda və ya onun səhifəsindən digər anonim istifadə etdikdə silinə bilər.
Məqalələrdə yerləşən alətlərdən əlavə olaraq istifadəçi səhifələrində aşağıdakılar yerləşir: