Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Səhifənin qısa məzmunu: Vikipediyaya töhfə verə bilmək üçün bütün qaydaları əzbər bilmək məcburiyyətində deyilsiniz. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
Əgər hansısa bir qayda Vikipediyaya töhfə verməyinizə və onu təkmilləşdirməyinizə mane olursa, o zaman ona məhəl qoymayın. Bu, bütün qaydaları "yox sayın" mənasına gəlmir.
Vikipediyanın heç vaxt dəyişdirilə bilməyəcək sadəcə 4 qaydası var və onlar bunlardır:
Əgər qaydaların nə olduğunu bilmirsinizsə və ya öyrənmək sizi sıxırsa, dəyişikliklərinizi bildiyiniz şəkildə edin. Amma sizdən sonra birinin bunu dəyişdirəcəyini, düzəldəcəyini və hətta bəzi durumlarda tamamən silə biləcəyini unutmayın. Məsələn, mənbə göstərmə ilə əlaqəli bir çox qayda var. Bir saytdan və ya kitabdan götürüb öz cümlələrinizlə ifadə etdiyiniz mənbəli bir məlumatı Vikipediyaya əlavə edərkən mənbə göstərmə şablonları ilə əlləşmək sizi yorursa, mənbəni əlavə etdiyiniz məlumatın sonuna normal mətnlə və ya mənbə bölümünə keçid olaraq əlavə edin. Digər istifadəçilər sizə kömək edəcəkdirlər. Cəsur olun!
Əgər hansısa bir mövzuda təlimatın səhv olduğunu düşünürsünüzsə, mövzunu vikicəmiyyətin gündəminə gətirin. Bunu müzakirə səhifələrində və ya Kənd meydanında edə bilərsiniz. Stil kitabçası bələdçiləri əsasən sağlam düşüncə ilə hərəkət edən istifadəçinin səhv edə bilməyəcəyi şəkildə yaradılmışdır. Əgər problemi həll edəcək daha yaxşı bir fikriniz varsa, bəzən prosedurlarla bağlı müzakirəyə başlamaq vaxt itkisidir. Müzakirələr əsnasında fikirlərinizin dəstək görməsinə və ya tənqid olunmasına hazırlıqlı olun, bunları şəxsi hücum olaraq görməyin. Mövcud qaydaların çoxu vikipediyaçıların keçmişdə əldə etdikləri konsensus əsasında tərtib edilmişdir. Təəssüf ki, Vikipediyada sənədləşmə prosesləri bəzən yetərsiz qala bilməkdədir, bu səbəblə bəzi köhnə konsensuslara daxil olmaya bilərsiniz.
Cəsur olun və Vikipediyada olması lazım olan və yeni istifadəçilərin bizdən biri olmasını asanlaşdıracaq digər qaydaları da siz hazırlayın.