Bu səhifə Vikipediya haqqında bir essedir. Səhifə vikipediyaçılar üçün məsləhət və rəy xarakteri daşıyır. Vikipediyanın rəsmi prinsiplərindən və qaydalarından biri deyil, eləcə də, vikicəmiyyətin ümumi fikrini əks etdirməyə bilər. Bəzi esselər geniş mövzuları əhatə edir, bəzi esselər isə ancaq spesifik mövzulara toxunur.
Yeni redaktorların səhifələri redaktə etməsində onlara kömək etmək çox yaxşı olsa da, hər dəfə səhv etdikdə onları düzəltməyin. Buraxın bunu onlar özləri başa düşsünlər ya da onlar kömək istəyənə qədər gözləyin. Əgər başını buraxarlarsa, onların etdiyi səhvləri düzəldə və onlara nəyi səhv etdiklərini izah edə bilərsiniz. Ancaq problemi həll etməyə davam edərlərsə, onlar üçün bunu həll etməyin heç bir mənası yoxdur. Problemli nüanslarda şəfqətli şəkildə ipucu buraxmaq kifayətdir. Əgər başqaları problemi sizin əvəzinizə həll edirsə, deməli siz heç nə öyrənməmisiniz və gələcəkdə Vikipediyadan istifadə edə bilmək ehtimalınız çox azdır.
'Daxil olmaq': Bir səhvi düzəltməyə cəhd edən yeni istifadəçi tərəfindən bir sıra yeni dəyişikliklər edildiyini gördükdə səhifəni özünüz düzəltməyin və redaktələrini silməyin, çünki bu, yeni başlayan istifadəçiyə özünü kənar və lazımsız hiss etdirəcək.
İlişmək: İlk növbədə yeni redaktorlara ilişməyin, bunu etməsəniz, onlar özləri uzaqlaşacaq və problemi onlar üçün digərlərinin həll etməsinə razı olacaqlar.
Yararsız mesajlar: Əgər siz redaktorlara xoş rəftar göstərirsinizsə və digərləri davamlı şəkildə ona səhvlər buraxdığını və onları özlərinin həll etdiklərini bildirilərsə, böyük ehtimalla həmin istifadəçilər heç nə öyrənə bilməyəcəklər. Onlara gələcəkdə necə bu problem öhdəsindən gələ biləcəklərini başa salın!
Günlərlə cəhd etdikləri vaxt: Əgər redaktor problemi həll edə bilmir, lakin çox səy göstərirsə, siz xətanı aradan qaldıra bilərsiniz. Bununla yanaşı, onlara problemi həll etmək üçün lazım olan addımları izah edən bir mesaj göndərin və beləcə onlar bundan bir şey öyrənmiş olacaqlar.
Mesajlar vasitəsilə: Əgər edə bilmirsinizsə, lütfən, yuxarıdakı təlimatı izləyin. Lakin onları təkbaşına qoyaraq daha çox şey öyrənəcəklərini düşünürsünüzsə, səhv edirsiniz, belə etməklə onları qaranlıqda buraxırsınız. Onlara nə qədər çalışdıqlarını hiss etdirin və hər hansısa sualları olarsa sizə müraciət etməkdən çəkinməməli olduqlarını bildirən bir mesaj göndərin.
Onlar imtina etdiklərində: Redaktə etdikləri səhifəni tərk etmiş kimi görünürlərsə, onlara problemi həll etdiyinizi, həll yolunu və gələcəkdə problemlə qarşılaşdıqda sizə müraciət edə biləcəklərini deyin.
Bu barədə soruşduqlarında: Yeni redaktorlar sizdən kömək istəyəndə əgər Vikipediya təcrübənizə əminsəniz, mütləq şəkildə onlara kömək etməlisiniz. Qayda həddən artıq kömək etməməkdir, heç kömək etməmək deyil.
Vaxt az olduqda: Əgər yeni istifadəçinin məqaləsi silinməsi üçün Silinməyə namizəd səhifələrə daxil edilibsə və təcrübəsizliklərinə görə məqaləni kifayət qədər yaxşı şəkildə tərtib edə bilmirlərsə, həmçinin məqalənin müzakirəsində tutarlı və etibarlı arqumentlər irəli sürə bilmirlərsə, siz məqalənin ensiklopedik əhəmiyyətininolduğu və qalması istiqamətində kifayət qədər əsaslı arqumentlər gətirə bilirsinizsə, onların lehinə məqalənin saxlanılması üçün mövqe bildirməlisiniz.
Bu qaydaya kor-koranə əməl etməyin. Yeni redaktorlara kömək etmək barədə fikirləşsəniz, xoşniyyətli olduğunuzu göstərin, bu barədə əmin deyilsəniz, qeyd edilən səhifəyə keçid edərək tanış olun. Vikipediya redaktorları ümumən bu qaydaya riayət etməkdə yaxşıdır, buna görə də narahat olmayın və normal fəaliyyətinizə davam edin.