Vikipediya:Kateqoriya müzakirələri

Qısa keçid yönləndirmə
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin
Bu səhifə kateqoriyalarla bağlı məsələləri müzakirə etmək üçün nəzərdə tutulub.
Arxiv

Qəza və Qəza (inzibati vahid)

[vikimətni redaktə et]

Salam. Qəza səhifəsinin kateqoriyası "Bədbəxt hadisələr" kimi adlandırılıb və bu heç uğurlu adlandırma deyil. Adlandırmanı "Qəzalar" olaraq dəyişməyi düşünürəm, amma bu ad da eyniadlı inzibati vahid üçün istifadə olunur, dəyişib onu buna yazsaq onu necə adlandıra bilərik? Məsələn, "Qəzalar (inzibati vahid)" ola bilər? Başqa alternativlər varsa, qeyd edin, lütfən. Məsələn, Kateqoriya:Ölkələrinə görə qəzalar adlı bu kateqoriya necə adlanacaq? Və sizcə, əsas kateqoriya ("Qəzalar (inzibati vahid)" yoxsa "Qəza (inzibati vahid)") cəmdə olmalıdır ya təkdə? Həmçinin "(inzibati vahid)" dəqiqləşdirməsi normaldır ya başqa təklifləriniz var? Hörmətlə, Qədir (müzakirə) 16:50, 24 fevral 2025 (UTC)Cavabla

Bu bir dəfə ötən illərdə @Sortilegus ilə müzakirə edilmişdi. Araz Yaquboglu (müzakirə) 05:23, 25 fevral 2025 (UTC)Cavabla
Elədir, çoxdan nə vaxtsa müzakirə eləmişdik, amma nə qərara gəlmişdik, artıq unutmuşam. İnzibati vahid üçün səhifənin adı "Qəza (inzibati vahid)", kateqoriyanın adı "Kateqoriya:Qəzalar (inzibati vahid)" və "Kateqoriya:Ölkələrinə görə qəzalar (inzibati vahid)" ola bilər. --Sortilegus (müzakirə) 18:41, 25 fevral 2025 (UTC)Cavabla
İndi qaydasına salıram. Hörmətlə, Qədir (müzakirə) 11:49, 27 fevral 2025 (UTC)Cavabla