Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
Vikipediya — ensiklopediya yaratmaq məqsədi güdən layihədir. Vikipediya maraqlara xidmət edən klub deyil. Vikipediya iştirakçıları arasında şəxsi münasibətlər Vikipediyada müzakirə oluna bilməz.
Vikipediyada baş verən bütün müzakirələr yalnız Vikipediyanın inkişafı naminə olmalıdır. Müzakirələrin sonunda konsensus əldə edilməlidir. Odur ki, şəxsi müstəviyə keçən bər hansı bir müzakirə Vikipediyanın ruhuna ziddir. İstifadəçinin digər istifadəçiyə qarşı pis münasibəti müzakirələrdə əks oluna bilməz.
Hər bir istifadəçi layihədə normal işgüzar əhval-ruhiyyənin yaradılmasına xidmət etməlidir. Müzakirələr zamanı istifadəçiyə təzyiq göstərmək, keçmiş müzakirələri yada salaraq Vikipediyaya yaraşmayan ab-hava yaratmaq qadağandır və istifadəçinin fəaliyyətinin məhdudlaşdırılmasına səbəb ola bilər.
Vikipediyada fəaliyyət göstərən hər bir istifadəçinin fəaliyyəti Vikipediyanın ümumi nüfuzuna təsir edir. Qayğıkeş olun, nizam-intizama xidmət edin, istifadəçilərin ləyaqətinə hörmət edin.
Müzakirələr zamanı şəxsi zəmində təhqiredici və alçaldıcı replikaların istifadəsi qəti qadağandır.
Unutmayın ki, bütün yazıları, hətta silinmiş yazıları belə məqalələrin "tarixçə" bölməsindən izləmək mümkündür.
Digər istifadəçiləri aşağıdakılarla təhdid etməyin:
Bu cür təhdidlərə yol verən istifadəçi xəbərdarlıqsız və ilkin müzakirə aparmadan dərhal uzunmüddətli və ya qeyri-müəyyən müddətə bloklana bilər.
Özünü təhqir edilmiş hesab edən istifadəçinin inzibatçılara müraciət etməsi məsləhətdir. İlk növbədə istifadəçinin həqiqətən də təhqir olunması təyin olunmalıdır. Əgər təhqir faktı varsa, təhqir edən şəxs üzr istəməlidir. Əgər təhqir edən şəxs günahkar olduğunu etiraf etmirsə və ya müraciətlərə cavab vermirsə Vikipediya qaydalarına uyğun olaraq inzibatçı tərəfindən fəaliyyəti məhdudlaşdırılır.
Əgər inzibatçılar təhqir faktını qəbul etmirlərsə və ya qəbul etsələr də hər-hansı səbəb gətirərək təhqir edəni bloklamaqdan boyun qaçırırlarsa, istifadəçi "Vikipediya:Şikayət" səhifəsinə müraciət edərək problemi müzakirəyə çıxara bilər. Əgər sübut olunsa ki, istifadəçi günahkar olduğu halda inzibatçı tərəfindən bilərəkdən barəsində tədbir görülməyib, o halda həmin inzibatçıya xəbərdarlıq edilməli və fəaliyyəti nəzarətə götürülməlidir.
Müzakirələr zamanı söyüş xarakterli şəxsi təhqirlər, digər istifadəçilər tərəfindən silinə bilər. Amma bu şərtlə ki, silinmiş mətnin yerində "Şəxsi təhqir olduğuna görə silinmişdir" sözləri yazılmış olsun.
Aşağıdakılar Vikipediya qaydalarının ciddi şəkildə pozulması hesab edilir:
Qeyd: Xoş məramla verilən həvəsləndirici ulduz və başqa tip mükafatlar, eləcə də istifadəçinin xahişi ilə onun xüsusi səhifələrində edilən estetik dəyişikliklər "vandalizm" hesab edilmir.