Bu, məlumat səhifəsidir. Bu, Vikipediyanın siyasətlərindən və qaydalarından biri deyil, əksinə, Vikipediyanın normalarının, adətlərinin, texniki xüsusiyyətlərinin və ya təcrübələrinin bəzi aspektlərini təsvir etmək niyyətindədir. |
Səhifənin qısa məzmunu: Hər kəs Vikipediyanı redaktə edə və vikipediyaçı ola bilər! Hal-hazırda qeydiyyatda keçmiş 302.264 Vikipediya hesabı var, onlardan 544 qədəri son 1 ay ərzində ən azı 1 redaktə edib. |
Vikipediyaçılar — Vikipediyanı redaktə edən könüllü şəxslər. Onlar sadəcə məqalələri oxuyan şəxslərdən fərqli olaraq, səhifələri redaktə edərək Vikipediyaya töhfə verirlər. Hər kəs, o cümlədən siz də daxil olmaqla, bütün insanlar cəsarətli bir şəkildə mövcud məqalələrin məzmunlarını təkmilləşdirə və yeni məqalələr yarada bilər. Bu barədə ətraflı məlumat əldə etmək üçün redaktə təlimatlarına və ya ilk məqalənizi yazırsınızsa, müvafiq təlimatlara göz gəzdirə bilərsiniz.
Vikipediyaçılar yazı xətalarını aradan qaldırmaq, vandalizmlə mübarizə aparmaq, mübahisələri və münaqişələri həll etmək, kontenti zənginləşdirmək kimi bir çox müxtəlif vəzifələri yerinə yetirirlər, lakin əsas məqsəd olaraq insan biliyini dünyadakı hər bir insan üçün əlçatan etmək məqsədilə birləşirlər.