Vikipediya:Vikivəkillik

Vikipediya qaydalarını müzakirə edərkən uyğunsuz tərzdə formal hüquq terminlərindən istifadə etməklə vikivəkilliklə məşğul olan Vikipediya redaktoru.

Vikivəkillik və ya vikihüquqşünaslıqVikipediyada qaçınılması tövsiyə edilən bir qrup hərəkətləri ifadə etmək üçün istifadə olunan tənqidi termin. Aşağıdakı hərəkətlər vikivəkillik sayıla bilər:

  • Hər hansı qayda və ya təlimata və ya onun hədəflərinə riayət etmək niyyəti olmadan, tamamilə başqa məqsədlə həmin qayda və ya təlimatın bir hissəsini tətbiq etmək; Xüsusilə də, daha sərt, qeyd-şərtsiz və müddəanı daha hərfi mənada tətbiq edərək buna nail olmaq;
  • Qayda və ya təlimatın hərfi mənasına riayət etməklə onun ruhunu və əsas prinsiplərini pozmaq;
  • Qaydalar və təlimatların texniki şərhinin onların ifadə etdiyi əsas prinsiplərdən üstün olduğunu iddia etmək;
  • Qaydanı qəsdən yanlış şərh etmək və ya ziddiyyətli hərəkətləri əsaslandırmaq üçün texniki xüsusiyyətlərə istinad etmək;
  • Problemi həll etmək əvəzinə redaktora qarşı çıxmaq məqsədilə qaydalar, təlimatlar, bildiriş lövhələri və digər Vikipediya sistemləri ilə silahlanmaq.

Əgər bir şəxs Vikipediya qaydalarından mübahisəni həll etmək və ya qarşılıqlı razılaşdırılan həll yolu tapmaq əvəzinə digər redaktorları məğlub etmək üçün bir vasitə kimi istifadə edərək nəticəyə atılmaqla və etiket yapışdırmaqla başqa redaktorları və onların hərəkətlərini səthi mühakimə edərsə, bu hərəkət də vikivəkillik sayılır.

Vikipediya qaydaları və prosedurları həmin qaydaların məqsədinə nail olmaq və ya mübahisələrin həllinə kömək etmək məqsədilə sağlam düşüncə ilə şərh edilməlidir. Adətən, vikivəkillik əsassız hüquqi mülahizələrdən istifadə etməklə rəsmi məhkəmə proseslərində istifadə edilənə bənzər şəkildə prosessual və ya sübutedici məqamları ortaya qoyur. Bu, problemdən yayınmağa səbəb ola və ya işlək həll yolunun hazırlanmasına mane ola bilər.

Elə üç dəfə geri qaytarmaq qaydasının məqsədi də redaktə müharibəsinin qarşısını almaqdır. Belə ki, eyni məqaləni gündə üç dəfə geri qaytaran redaktor, qaydanın hərfi mənasını deyil, məhz ruhunu pozur və bu səbəbdən də redaktə müharibəsinə görə cəzalandırıla bilər.

Yumşaq və adi mənada vikivəkillik

[mənbəni redaktə et]

Vikipediyanın qayda və təlimatları qanunlarla müqayisədə daha qeyri-müəyyən və şərhə açıq olan tərzdə yazılır. Bu qayda və təlimatlar bir çox situasiyalarda keçərli olan prinsiplər formalaşdırsalar da, "yaxşı məqalənin necə yazılmalı olduğunu" göstəriş kimi müəyyən etmir, eləcə də yaxşı qərar qəbuletməni əvəz edə bilmirlər. Beləliklə, qaydalar və təlimatlar qərar qəbuletmə prosesinin yalnız bir hissəsidir və həmin qayda və təlimatların şərh olunmasında və ya daha əhatəli qərara nə dərəcədə təsir etməsi məsələsində adətən sərbəstlik mövcuddur. Həmçinin, hətta ikinci dərəcəli qaydalar toplusunu nəzərə almasaq belə, Vikipediyadakı onlarla rəsmi siyasət səhifəsi və yüzlərlə rəsmi təlimat səhifəsi var ki, onların çoxu aydın olmayan, naməlum, üst-üstə düşən və ya diqqətlə yazılmamış ifadələrlə zəngindir. Beləliklə, belə hallarda, nə etməyə çalışdığınızdan asılı olmayaraq (məsələn, debatda və ya qarşıdurmada qalib gəlmək kimi), siz yəqin ki, qarşıdurmada qalib gəlməyinizə kömək edəcək qaydaları tapa və ya şərh edə bilərsiniz, baxmayaraq ki, bu qaydanın tətbiq edilməsinin özlüyündə sizə aidiyyatı yoxdur. Beləliklə, bu hallarda sizin məqsədiniz qaydanı tətbiq etmək yox, qaydadan fərqli bir məqsədə nail olmaq üçün istifadə etməkdir. Bir sözlə, siz fərqli məqsədə çatmaq üçün texniki imkanlardan istifadə edirsiniz. Yaxşı bir şey olmasa da, bu, heç də dəhşətli və nadir rast gəlinən davranış deyil; bu, geniş yayılmış bir təcrübədir və vikivəkilliyin təzahürüdür.

Vikipediyadan fərqli olaraq, hüquq dünyası 90% texniki məsələlərdən ibarətdir və texniki vasitələrdən istifadə edərək nəticə əldə etmək vəkilin işinin bir hissəsidir. Deməli, vikivəkillik sadəcə hüquq aləmində yaxşı ideya olan təcrübəni götürmək və onu Vikipediyaya köçürmək deməkdir, hansı ki sonuncusu heç də yaxşı fikir deyil.

Əlaqəli qaydalar

[mənbəni redaktə et]

Bütün redaktorların bizim qayda və təlimatlarımıza əməl etməsi gözlənilir. Qayda və təlimatların nəzakətli tərzdə, yığcam və müvafiq təhlili vikivəkillik deyil, əksinə mübahisələri qarşılıqlı şəkildə həll etməyin ən yaxşı yoludur. Digər tərəfdən, redaktorlar məzmun mübahisəsində qalib gəlmək üçün uyğun olmayan qayda və təlimatların texniki vasitələrindən istifadə etdikdə Vikipediya:KonsensusVikipediya:Fəaliyyəti axsadan redaktə tətbiq oluna bilər. Redaktorlar digər redaktorları müzakirədən və ya bəlkə də layihənin özündən uzaqlaşdırmaq üçün qeyri-münasib qayda və təlimatların arqumentasiyasından istifadə etdikdə, Vikipediya:Vikibullinq işə düşə bilər.

Amansızlığın dərəcəsi

[mənbəni redaktə et]

Vikivəkilliyin növləri şiddətinə görə fərqlənir. Belə ki, yumşaq sonluqlu vikivəkillikdə irəli sürülmüş texniki xüsusiyyətlə əlaqəsi olmayan məzmun qərarında qalib gələ bilmək üçün yalnız texniki xüsusiyyətlərdən istifadə edilir. Amansız vikivəkillər isə qaldırılmış məsələni həll etmək üçün deyil, şəxsi məsələlər və ya məzmun döyüşlərinə girmək üçün redaktoru ələ almaq, ona qarşı çıxa bilmək və ya onu aradan qaldıra bilmək məqsədilə Vikipediya sistemi ilə silahlanırlar.

Həmçinin bax

[mənbəni redaktə et]

Xarici keçidlər

[mənbəni redaktə et]