![]() | Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
Üç dəfə geri qaytarmaq qaydası (3GQ) Vikipediyanın bütün istifadəçilərinin mütləq şəkildə riayət etməli olduqları qaydadır. Bu, redaktə müharibəsinin qarşısını almağa xidmət edir.
24 saat ərzində bir istifadəçiyə eyni bir səhifədə olunan düzəlişləri tam, yaxud bir hissəsinin ən azı üç dəfə geri qaytarmasına icazə verilmir
Düzəlişin geri qaytarılması dedikdə bütün digər istifadəçinin istənilən fəaliyyətinin ləğv olunması başa düşülür.
Bu qaydanı pozan istifadəçi birinci dəfə 24 saat müddətində, bunu davamlı şəkildə təkrarladıqda isə daha uzun müddətə bloklana bilər.
Hazırki qayda çərçivəsində "geri qaytarma" dedikdə digər istifadəçi və ya istifadəçilərin fəaliyyətinin qismən, yaxud tam ləğv edilməsi, daha dəqiq desək, səhifənin məzmununun bir hissəsinin silinməsi, yaxud bərpa olunması ilə bağlı düzəlişin ləğv edilməsi, eləcə də, səhifənin adının dəyişdirilməsinin ləğv edilməsi və silinmiş səhifənin yenidən yaradılması başa düşülür.
Eyni səhifədə 24 saat müddətində ən azı üç dəfə istənilən düzəlişin geri qaytarılmasını həyata keçirən istifadəçi qayda pozuntusuna yol vermiş hesab edilir.
Hazırki qaydanın tətbiqi zamanı eyni səhifədə bir neçə dəfə olmuş düzəlişi bir dəfəyə geri qaytarmaq bir dəfə geri qaytarmaq hesab edilir.
Aşağıdakılar qayda pozuntusu hesab edilmir:
Bu hərəkətlərin hər biri mübahisəli ola bilər. Ona görə də, çalışın yalnız aşkar vəziyyətlərdə istisna hallarından istifadə edin. Əgər şübhə varsa, düzəlişləri geri qaytarmayın, əvəzində idarəçilərə kömək üçün müraciət edin.
Vandalizm, yaxud müəllif hüquqlarının pozulması zamanı qaydanı pozanları bloklamaq və ya uyğun səhifənin mühafizə olunmasının düzəlişlərin geri qaytarılmasından effektli olmasına diqqət yetirin.
Bu qaydanı pozan istifadəçi birinci dəfə 24 saat müddətində, eyni davranış təkrar sərgiləndikdə isə daha uzun müddətə bloklana bilər.
Qaydanı pozan bir neçə iştirakçı olubsa, idarəçilər qaydanı pazan istifadəçilərin hamısının bu xüsusda fəaliyyətinə eyni meyarları tətbiq etməlidir.
Hazırki qaydanın möhkəmləndirilməsi üçün:
Bu qaydanı pozan istifadəçiləri xəbərdar etmək üçün qayda pozuntusu ilə bağlı şablondan istifadə etmək olar.
Qayda pozuntusu zamanı İdarəçilərə müraciət səhifəsinə məlumat vermək olar.
Bu qaydanın pozmağın astanasında olan istifadəçilər göstərilən üsulla qaydanı pozmaqdan yan keçə bilərlər: məqalənin müzakirə səhifəsində mövzuya dair müzakirədə iştirak etməlidir (yaxud belə bir müzakirə təşkil etməlidir), mübahisənin həlli üçün neytral istifadəçiyə məsləhət üçün müraciət etməlidir.
Əgər siz qaydanı səhvən pozduğunuzu bildinizsə, yaxud digər istifadəçi sizə bu barədə məlumat verdisə, istəmədən də olsa, özünüzün həmin səhifədəki sonuncü düzəlişinizi geri qaytarmalısınız. Ümumi halda, tam zəmanət verilməsə də, bu davranışınız sizin bloklanmamağınıza səbəb ola bilər.