Viktor Avdyuşko | |
---|---|
Doğum tarixi | 11 yanvar 1925[1] |
Doğum yeri | |
Vəfat tarixi | 19 noyabr 1975[1] (50 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru |
Fəaliyyət illəri | 1948-ci ildən |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0042844 |
Viktor Antonoviç Avdyuşko (rus. Виктор Антонович Авдю́шко; 11 yanvar 1925[1], Moskva – 19 noyabr 1975[1], Moskva) — SSRİ teatr və kino aktyoru. RSFSR xalq artisti (1974)
1949-cu ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu (Yuli Rayzmanın emalatxanası) bitirmişdir. O, 1948-ci ildə "Gənc qvardiya" filmində kinoda debüt etmişdir. 1957-ci ildə "Sıx düyün" ("Paşa həyata girir") filmində Pavel Mansurov rolunu oynamışdır. Avdyuşkonun ən böyük işi "Gələnlərə sülh" filmindəki əsgər Yamşçikov roludur (1961). Aktyor xüsusilə zahiri sərt, təmkinli, cəsarətli, lakin xeyirxah və müdrik insanların rollarında uğurla çıxış etmişdir (starşina Şesternev, "Dirilər və ölülər", 1964; Qriqori Şiligin, "Fəhlə kəndi", 1966; Marşal Konyev, "Azadlıq əsgərləri", 1977). O, həm də komediya rollarını oynamışdır (dalğıc Mişa, "Otuz üç", 1966). Ümumilikdə aktyor 60-dan çox film rolunu oynamışdır.[2]