Viktoriya meydanı | |
---|---|
Place des Victoire | |
Ümumi məlumatlar | |
Ölkə | |
Şəhər | I arondisman[1], II arondisman |
metro | |
Şərəfinə adlandırılıb | Qələbə |
Viktoriya meydanı ya Qələbə meydanı (fr. Place des Victoires) — Parisin mərkəzi lakin bir o qədər də böyük olmayan meydanı, “5 kral meydanından” dördüncüsü. Meydan Pale-Royaldan şimal-şərqdə, I və II arrondissementlərin sərhəddində, Luvrdan 500 m şimalda yerləşir. Holland müharibəsi bitdikdən və Nimvegen sülhü bağlandıqdan sonra onun salınmasının təşəbbüskarı marşal La Feyad olmuşdur. Marşal La Feyad həmin sahəni alıb, ətraf evləri sökdürüb memar Jül Arduen Mansara mərkəzində XIV Lüdovikin at üstündə heykəli olan bir meydan salmağı tapşırır. Bununla o, fransızların Holland müharidəsindəki qələbəsini əbədiləşdirmək istəmişdir. Halhazırda meydandakı heykəl üçüncüdür və 12 m hündürlüyə malikdir. Fransa inqilabından sonra 11-13 avqust 1792 ci ildə meydan dağıdılır. 1810 cu ildə meydanda general Lui Şarl Antuan Dezenin heykəli qoyulur. 1828 ci ildən isə heykəltaraş Fransua Jozef Bazionun hazırlamış olduğu bugünkü heykəl meydanda qərar tutmaqdadır.