{{{adı}}}
|
Villa Efrussi-de-Rotşild (fr. Villa Ephrussi de Rothschild) — 1905-1912-ci illərdə baronessa Beatris Rotşild tərəfindən Kot d'Azurdakı Sen-Jan-Kap-Ferra burnunda tikilmiş Ephrussi ailəsinin villası.
1905-ci ildə Beatris atasının ölümündən sonra Sen-Jan-Kap-Ferra burnunda 7 hektar torpaq sahəsi aldı və xəyal etdiyi villanı tikməyə başladı. Tikinti 7 il davam etdi, tikinti zamanı Beatris 20-yə yaxın memar dəyişdirdi. 1912-ci ildə Beatris İl-de-Frans (fr. Ile de France — «fransız adası») adlı Villa Efrussi-de-Rotşild ilk qonaqlarını qəbul etdi. Kolleksiyaya olan sevgisi ilə tanınan o, villanı XV—XVIII əsrlərə aid orijinal sənət əşyaları ilə bəzəyib.
1934-cü ildə Beatrisin ölümündən sonra villa və onun müxtəlif fransız mülklərindən topladığı bütün sənət əşyaları sahibinin vəsiyyəti ilə Fransa İncəsənət Akademiyasına təhvil verildi. Hazırda villa muzeydir və ziyarətçilər üçün açıqdır.