Vilyam Henri Harrison

Vilyam Henri Harrison
ing. William Henry Harrison
4 mart 1841 – 4 aprel 1841
ƏvvəlkiMartin Van Buren
SonrakıCon Tayler
ABŞ Nümayəndələr Palatasının səsvermə hüququ olmayan üzvü[d]
8 oktyabr 1816 – 3 mart 1819
ABŞ-nin Kolumbiyadakı səfiri[d]
24 may 1828 – 26 sentyabr 1829
İndiana qubernatoru[d]
10 yanvar 1801 – 28 dekabr 1812
ABŞ senatoru[d]
4 mart 1825 – 4 mart 1827
ABŞ senatoru[d]
4 mart 1827 – 20 may 1828
Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti[d]
dekabr 1840 – 4 mart 1841
ƏvvəlkiMartin Van Buren
SonrakıCeyms Noks Polk
Şəxsi məlumatlar
Doğum tarixi 9 fevral 1773(1773-02-09)[1][2][…]
Vəfat tarixi 4 aprel 1841(1841-04-04)[1][2][…] (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Vilyam Henri Harrison məzarı dövlət memorialı[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, zabit, dövlət xadimi
Atası V Bencamin Harrison[d]
Anası Elizabet Bassett[d][3]
Həyat yoldaşı
Uşaqları
Dini episkopal kilsə[d]
Hərbi xidmət
Qoşun növü Amerika Birləşmiş Ştatları Quru Qoşunları
Döyüşlər
Rütbəsi general

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilyam Henri Harrison (ing. William Henry Harrison, 9 fevral 1773[1][2][…]4 aprel 1841[1][2][…], Ağ Ev[5][6]) — Amerika Birləşmiş Ştatlarının 9-cu prezidenti (4 mart-4 aprel 1841). Ən qısa müddətdə hakimiyyətdə olmuş ABŞ prezidenti (32 gün 12 saat 30 dəq.). 1841-ci il martın 4-də inauqurasiya çıxışı zamanı güclü yağış və küləyə baxmayaraq, ABŞ prezidentlərinin inauqurasiya çıxışları tarixində ən uzunmüddətli nitq söyləmiş (2 saat), nəticədə xəstələnərək pnevmaniya və plevrit diaqnozu ilə bir aylıq uğursuz müalicədən sonra vəfat etmişdir.

Vilyam Harrison hakimiyyət başında vəfat edən ilk ABŞ prezidentidir.

Məşhur Tekumse müharibəsinin gedişindəki Tippekano döyüşündə qazandığı uğurlar və 1812-ci il müharibəsindəki xidmətlərinə görə ABŞ-də yaxşı tanınırdı. 1836-cı il prezident seçkilərində Viqlər Partiyasının namizədi olmuş, lakin Martin Van Burenə məğlub olmuşdur.

23-cü ABŞ prezidenti Bencamin Harrisonun babasıdır. Baba və nəvənin müxtəlif dövrlərdə ABŞ prezidenti olması ABŞ prezidentliyi tarixində yeganə haldır.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

XVII əsrin əvvəllərindən Amerikada məskunlaşmış ingilis əsilli Harrisonlar ailəsindən çoxlu dövlət xadimləri, varlı quldarlar, böyük torpaq sahibləri çıxmışdır. Gələcək prezidentin atası Bencamin Harrison İstiqlaliyyət Bəyannaməsinə imza atan şəxslərdən, sonralar 1781–84-cü illərdə isə Virciniya qubernatoru olmuşdu. Britaniya vətəndaşı kimi doğulmuş sonuncu prezident Vilyam Henri Harrison 1783-cü il 9 fevralda Virciniyanın Çarlz-Siti şəhərində dünyaya gəlib. Elmə xüsusi marağı ilə seçilməyən balaca Vilyam ibtidai təhsilini yerli HemptonSidni kollecində alır. Kolleci bitirən ərəfədə atasını itirən Vilyam ailənin digər üzvlərinin təkidi ilə tibbi təhsil almaq üçün Filadelfiyaya göndərilir. 17 yaşlı Harrison Kvaker-Sitidə tibb kollecinə daxil olur. Lakin növbəti il kollecdən çıxaraq hərbçi olmağa qərar verir. 1791-ci ildə orduya daxil olan gənc Harrison Virciniya qubernatoru R. H. Linin himayədarlığı ilə ABŞ ordusunun praporşiki olur. 22 yaşında ikən daşınmaz əmlak ticarətçisi və hakim Con Simmsin qızı Anna Tothil Simmslə ailə qurur. Gələcək karyerasında əhəmiyyətli rol oynamış uğurlu nikahdan onun doqquz övladı olmuşdur.[7] Qeyd edək ki, oğlu Con Skott hələlik prezident oğlu və atası şərəfinə nail olmuş yeganə amerikalıdır. Belə ki, Con Skottun oğlu Bencamin Harrison 1888-ci ildə ABŞ prezidenti seçilmişdir.

Hərbi və siyası fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

23 illik hərbi karyerası ərzində əsasən hindularla çoxsayli döyüşlərdə iştirak edərək general-mayor rütbəsi alır. 1811-ci ildə Tippekenu-Krik yaxınlığında hindularla aparılan amansız döyüşlərdəki qələbəsi ona "Qoca Tippekenu" ləqəbini qazandırır.[8] Hərbi nazirlə arasındakı ixtilaflar 1814-cü ildə onun istefasıyla sonuclanır.

İstefadan sonra siyasətlə məşğul olur. Əvvəl Ohayo ştatının Nümayəndələr Palatasında, sonra ştatın Vaşinqtonda, senatda nümayəndəsi kimi fəaliyyət göstərir. Adams administrasiyasında dövlət katibi olan H. Kley 1828-ci ildə onu Kolumbiyaya səfir göndərir. Harrisonun səfirliyi uzun çəkmir, yeni seçilən prezident Cekson onu geri çağırır və Harrison Ohayodakı Bend fermasına qayıdır.

Böyük külfətini dolandırmaq məqsədilə 1834-cü ildə yerli məhkəmədə katib işləməyə başlayır. 1836-cı il prezident seçkilərində Kley onun xalq arasında milli qəhrəman nüfuzunu nəzərə alaraq, viqlərin namizədi olmasına köməklik göstərir. Harrison seçkilərdə viqlərin üç namizədindən biri olur. Köhnə siyasət ustası, şöhrətpərəst Kleyin üç namizədlə seçkilərə getməkdə məqsədi, 12 il əvvəl olduğu kimi, demokratların nümayəndəsi Van Burenə zəruri minimum səs toplamaqda mane olmaq, seçkiləri Nümayəndələr Palatasına keçirmək idi. Lakin Van Burenin inamlı qələbəsi Kleyin məqsədini puç etdi. 1840-cı il seçkilərində Van Burenin iqtisadi böhran səbə bindən nüfuzunu itirməsi viqlərə qələbə imkanı yaratdı. Partiyanın namizədi olmaq istəyən Kley partiyadaxili müxalifətin ona mane olması səbəbiylə bu dəfə də istəyinə çatmır və partiyanın Harrisberqdə keçirilən konventində keçmiş seçkilərdə təcrübə toplamış Harrison namizəd göstərilir. Bu dəfə tale üzünə gülür və o, böyük üstünlüklə prezident seçilir. Lakin seçkilər Harrisonun qələbəsindən daha çox M. Van Burenin acınacaqlı məğlubiyyəti ilə yadda qalmışdır. İqtisadi böhranın qarşısını ala bilməməsi ona inamı azaltmış, hətta doğma ştatı Nyu-Yorkda belə seçkiləri uduzmuşdu.

U. H. Harrison ABŞ prezidentlik tarixinə bir neçə rekord yazmışdır. Onların heç də hamısı müsbət işarəli olmamışdır. Əvvəla o, prezident seçilmiş ən yaşlı (67 yaş) şəxs idi (Onun bu rekordunu 1980-ci ildə prezident seçilən 70 yaşlı Ronald Reyqan təzələdi). İkincisi, onun prezidentliyi çox qısa, vur-tut bir ay sürmüşdür. İlk dəfə olaraq prezident, səlahiyyətlərini icra edərkən vəfat edir. 4 mart 1841-ci ildə qeyri-adi, saatyarımlıq inauqurasiya nitqi söyləyir. Soyuq və rütubətli mart havası səhhətinə mənfi təsir göstərir və o, sətəlcəm olur. Bir ay sonra 4 aprel 1841-ci ildə elə bu xəstəlikdən də vəfat edir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 William Henry Harrison // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 5 6 7 8 9 10 Lundy D. R. The Peerage (ing.).
  4. Janken K. R. Walter White: Mr. NAACP (ing.). University of North Carolina Press, 2006. P. 3. ISBN 978-0-8078-5780-9
  5. 1 2 Woolley J. T., Peters G. D. The American Presidency Project. 1999.
  6. 1 2 http://web.archive.org/web/20210510010059/https://www.whitehousehistory.org/bios/william-henry-harrison.
  7. "William Henry Harrison: Fast Facts". Charlottesville, Virginia: Miller Center of Public Affairs, University of Virginia. October 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 9, 2019.
  8. Langguth, A. J. (2006). Union 1812: The Americans Who Fought the Second War of Independence, New York: Simon & Schuster. ISBN 0-7432-2618-6. p. 206

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]