Vilyam Hiqinbotam

1958ci il. Tennis müsabiqəsi.

Vilyam Hiqinbotam (William Higinbotham) - (25 oktyabr 1910 - 10 noyabr 1994) kompüter oyunlarından biri olan “Tennis for Two” (“iki nəfər üçün tennis”) proqramının müəllifi

Vilyam Hiqinbotam 25 oktyabr 1910-cu ildə Bricport, Konnektikutda anadan olmuşdur, Nyu Yorkda yaşamışdır.

Amerikalı fizik, ilk kompüter oyunlarından biri olan “Tennis for Two” (“iki nəfər üçün tennis”) proqramının müəllifi Vilyam Hiqinbotam 1974-cü ildən ömrünün sonuna qədər “Nüvə materiallarının idarə edilməsi” jurnalının texniki redaktoru olmuşdur.

  • Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.