Virciniya xurması

Virciniya xurması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Virciniya xurması (lat. Diospyros virginiana) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin ebenakimilər fəsiləsinin xurma cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

ABŞ-nin şərq hissəsində bitir. Növün arealı şimaldan İngiltərəyə, cənubdan Floridaya, şərqdən Atlantika okeanına və qərbdən Texasa, Kanzasa və Oklahomaya qədər uzanır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15–17 m-ə çatan, ikievli, və ya birevli, yarpağıtökülən ağacdır. 100-150 il yaşayır. Çətiri cavanlıqda piramidal, sonra oval olur. Bitki ikievlidir. Yarpaqarı iri, uzunluğu 8-14 sm, dərili, yumurtavarı və ya oval formalı, üst tərəfdən tünd-yaşıl, bünövrəsi ürəkşəkilli və ucu bizdir. Yarpaqları payızda sarı və qırmızı rəng alır. Çiçəkləri bircinsli, xırda (uzunluğu 1 sm), rəngsiz və ya sarımtıl, ətirlidir. Bu növ cücülərlə və ya küləklə tozlanır. Meyvələri şarşəkilli və ya konusvarı, diametri 2-5 sm, sarı, giləmeyvəli, sulu və lətlidir. Toxumları nazik qabıqlı və çox bərk endospermlidir. Payızda təzə toxumlarla və ya yazda stratifikasiya olunmuş toxumlarla çoxalır.

İşıqsevəndir. Küləkdən qorunan sahələrə üstünlük verir. Qışadavamlıdır, -25-30 °C-dək, bəzən -37 °C-dək şaxtalara dözür. Torpaqlar turş, neytral (pH 5-8) və yüngül olmalıdır. Rütubətsevəndir, torpağın quruluğuna dözür. Kök sistemi dərindir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Cənub bölgəsində rast gəlinir.

Tərkibində 40% şəkər, 0,88% zülal maddələri və 0,5% alma turşusu vardır. 2-4-cü ilində meyvə verməyə başlayır. Bir ağacdan 300 kq-dək məhsul alınır. Yaxşı balverəndir, şəhər yaşıllaşdırmasında tək əkinlərdə istifadəsi məqsədyönlüdürlər. Oduncağı mebel və musiqi alətlərinin düzəldilməsi üçün yararlıdır.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1057.