Visente Orteqa | |
---|---|
isp. Vicente Ortega | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 11 sentyabr 1950 |
Vəfat tarixi | 2006[1] |
Boyu | 180 sm |
Çəkisi | 75 kq |
İdman növü | həndbol |
Visente Orteqa Vila (isp. Vicente Ortega Vila; 11 sentyabr 1950 – 2006[1]) — İspaniya həndbolçusu və futbolçusu. O, 1972 Yay Olimpiya Oyunlarının iştirak etmişdir.
Visente Orteqa 11 sentyabr 1950-ci ildə İspaniyanın Solyana şəhərində anadan olmuşdur.
Valensiyadakı Dominikan Atalar Kollecində oxuyarkən həndbol oynamağa başlamışdır. 1966/67 mövsümündə gənclər arasında İspaniya çempionu olmuşdur.[3]
O, qısa fasilələr ilə Valensiyanın "Markol" klubunda çıxış etmişdir. Fasilələr müddətində "Qandiya" futbol klubunda oynamışdır. 1970/71 mövsümündə İspaniya kubokunu qazanmışdır. Sonra bir neçə mövsüm "Atletiko Madrid" HK-də çıxış etmiş, sonra "Markol"a qayıtmış və burada həndbol karyerasını bitirmişdir.[3][4]
O, karyerası ərzində İspaniyanın gənclər yığmasında 5, ölkənin kişilərdən ibarət millisində 20 oyun keçirmişdir.[3]
2006-cı ildə vəfat etmişdir.[3]
Solyana şəhərində yerləşən idman kompleksi Visente Orteqa Vilanın adını daşıyır.[3]