Vissarion Ququşvili

Vissarion Ququşvili
gürc. ბესარიონ გუგუშვილი
26 avqust 1991 – 6 yanvar 1992[a]
ƏvvəlkiMurman Omanidze (vəzifələrini icra edən)
Tengiz Siqua
SonrakıTengiz Siqua
Şəxsi məlumatlar
Doğum tarixi 6 may 1945(1945-05-06) (79 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vissarion Ququşvili (gürc. ბესარიონ გუგუშვილი; 6 may 1945, Tbilisi) — gürcü siyasətçi və dövlət xadimi, 1991–1992-ci illərdə Gürcüstanın baş naziri idi.

Şimali Osetiya MSSR-in Orconikidze şəhərində alim ailəsində anadan olmuşdur. 1967-ci ildə "Şərq ölkələri üzrə ölkəşünaslıq, Türkiyənin tarixi" ixtisası üzrə Tbilisi Dövlət Universitetini bitirmişdir. 1970-ci ildə "İngilis dili və ədəbiyyat" ixtisası üzrə Tbilisi Xarici Dillər İnstitutunun bitirmişdir. 1971-ci ildə iqtisad elmləri namizədi dərəcəsini almışdir. 1973-cü ildən Gürcüstan SSR elmlər Akademiyasının ictimai elmlər üzrə elmi informasiya mərkəzində əvvəlcə iqtisadiyyat şöbəsinin müdiri, sonra elmi işlər mərkəzinin direktor müavini kimi çalışmışdır.

1990-cı ilin dekabrından Gürcüstan SSR mədəniyyət nazirinin müavini idi, 1991-ci ilin mart ayından isə Gürcüstan Respublikasının dövlət kino korporasiyasının prezidenti olmuşdur.

Ququşvili 1991-ci il avqustun 26-dan etibarən Tengiz Siquanın istefasından sonra baş nazir təyin edilmişdir.[1] Hərbi çevrilişdən sonra Zviad Qamsaxurdiya ilə birlikdə sürgünə göndərildi və 1993-cü ildə sentyabr-noyabr aylarında davam edən vətəndaş müharibəsində iştirak etmişdir. Üsyanın məğlubiyyəti və Qamsaxurdiyanın ölümündən sonra Finlandiyaya qaçmışdır və orada siyasi sığınacaq almışdır.[2]

  1. devrilmişdir, 1993-cü ilin 24 sentyabr-6 noyabr tarixlərində Gürcüstanın alternativ administrasiyasının baş naziri idi

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]